fil. e.d. Afaq Əsədova Beynəlxalq Konqresdə iştirak edib
08 avqust 2024-cü il tarixində İtaliyanın paytaxtı Roma şəhərində, 25-ci Ümumdünya Fəlsəfə Konqresi ((ÜFK) The 25th World Congress of Philosophy(WCP) keçirilib. Konqresdə dünyanın 120 ölkəsindən 5000 nəfər alim və tədqiqatçı iştirak edib. 1900-cü ildən başlayaraq, 5 ildən bir keçirilən Ümumdünya Fəlsəfə Konqresinin(ÜFK) sonuncu dəfə 2018-ci ildə Pekində keçirilib və cari Konqres pandemiya səbəbindən 6 illik fasilədən sonra ilk dəfə baş tutub.
Konqresin təşkilatçıları “Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyası, İtaliya Fəlsəfə Cəmiyyəti, dünyanın ən qədim və Avropanın ən böyük universitetlərindən biri olan Roma La Sapienza Universitetində” keçirilib ((International Federation of Philosophical Societies (FISP); Italian Philosophical Society; La Sapienza University of Rome)(La Sapienza University of Rome). ÜFK-nin rəsmi açılış mərasimi eramızın 212—ci ilində inşa edilən tarixi abidə- Terme di Karakallada(Terme di Caracalla) baş tutub. Roma şəhərinin meri, Sapienza Universitetinin rektoru, Dünya Fəlsəfə Konqresinin və İtaliya bölməsinin prezidentləri açılış nitqləri ilə çıxış edib. Natiqlər müasir qlobal çağırışların həllində, insan amilinin dərk edilməsində sosial elmlərin, fəlsəfənin əhəmiyyətini, bu sahədə çalışanların daha fəal və məsuliyyətli olmasını vurğulayıb.
Bir çox dünya filosoflarinin bir araya toplaşdıqları həmin Konqresdə Azərbaycan Milli Elmlər Akademiyasi Fəlsəfə və Sosiologiya İnstitutunun “Etika” şöbəsinin baş elmi işçisi, fil. e.d. Afaq Əsədova “Concepts of "desire and utopia" in philosophy and literature: views, approaches” mövzusunda məruzə ilə çıxış etmiş və sertifikatla təltif olunub.