04.07.2024, 09:51 - Baxış sayı: 240

“A.Makovelskinin fəlsəfəsi haqqında” mövzusunda elmi seminar keçirilib

“A.Makovelskinin fəlsəfəsi haqqında” mövzusunda elmi seminar keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “A.Makovelskinin fəlsəfəsi haqqında” mövzusunda elmi seminar keçirilib. Seminarı Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsinin müdiri, f.ü.f.d. Məhəmməd Cəbrayılov açaraq iştirakçılara mövzu ilə bağlı məlumat verib.
İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək bildirib ki, A.Makovelskinin Azərbaycanda ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsində əvəzsiz xidmətlərini xüsusi qeyd etmək vacibdir: “Makovelski yeni elm sahəsinin – Azərbaycan fəlsəfəsi tarixi predmentinin əsasını qoyan alimlərdən biri olmuş, öz biliklərini daima yalnız tədqiq etdiyi sahələrdə deyil, istənilən çətin mövzunu asan və başa düşülən formada məruzə və mühazirələrdə izah edə və çatdıra bilirdi. A.Makovelski qədim yunan fəlsəfə tarixi, məntiq və məntiq tarixi sahələrində, xüsusilə qədim yunan fəlsəfəsində əsaslı tədqiqat aparmış, bir sıra əsərlərini tərcümə edərək şərh yazmışdır. A.Makovelskinin Azərbaycan fəlsəfəsi tarixinə dair əsərlərində adətən zərdüşlük, “Avesta”, sufilik, Nizami və onun Şərqdə yeri, XIX əsr ictimai və fəlsəfi fikri kimi məsələləri geniş tədqiq etmiş, Azərbaycanda fəlsəfi kadrların yetişdiriləsində alimin misilsiz xidmətləri olmuşdur”.
“A.Makovelskinin fəlsəfəsi haqqında” mövzusunda elmi seminar keçirilib“Aleksandr Osipoviç Makovelskinin Sokrataqədərki dövr tədqiqatları: mənbəəşünaslıq kontekstində” məruzə edən f.ü.f.d. Zaur Rəşidov çıxışında Makovelskinin elmi fəaliyyəti və tədqiqatlarından bəhs edib: “Azərbaycanın fəlsəfə tarixinin formalaşmasında Aleksnadr Makovelskinin böyük əməyi olmuşdur. İstər Rusiya imperiyası, istərsə də Sovetlər dönəmində Sokraqədərki fəlsəfənin əsas tədqiqatçısı kimi tanınan Makovelski Bakıda fəaliyyət göstərmiş, universitetdə müxtəlif fənlərdən dərs demiş, Sokrataqədərkilər triologiyasının 1940-41-ci illərdə iki hissədən ibarət soifistlər və 1946-cı ildə qədim atomistlərindən bəhs edən bölmələrini məhz Bakıda nəşr etdirmişdir. Məşhur Alman fəlsəfə tarixçisi və sokrataqədərki fəlsəfənin tərtibçisi Herman Dilsin fraqmentlərinin yaradıcı tərcümələri əsasında tərtib olunan bu tədqiqatlar silsiləsi müasir dünyada da öz aktuallığını qorumaqdadır”.
Həmçinin f.e.d., professor Adil Əsədov “Makovelski Azərbaycan akademik fəlsəfəsinin banisi kimi”, f.e.d. Arzu Hacıyeva “Mətni qavrama, Makovelski və Heydər Hüseynov” mövzusunda geniş və əhatəli məruzə ilə bağlı çıxış ediblər.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılmış, məruzəçilərə suallar verilmişdir.