01.07.2024, 09:38 - Baxış sayı: 207

“Yeni dövrün yeni fəlsəfəsi” mövzusunda Dəyirmi masa keçirilib

“Yeni dövrün yeni fəlsəfəsi” mövzusunda Dəyirmi masa keçirilib

1 iyul 2024-cü il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Yeni dövrün yeni fəlsəfəsi” mövzusunda Dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., prof. İlham Məmmədzadə açaraq AMEA-nın müxbir üzvü Könül Bünyadzadəni yubileyi münasibəti ilə təbrik edərək, ona gələcək həyatında uzun ömür, can sağlığı, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Məruzəçi Könül Bünyadzadə göstərilən diqqət üçün institut rəhbərliyinə öz minnətdarlığını bildirib. Öz çıxışında yeni dövrün tələbləri, fəlsəfi konsepsiyası haqqında, Şərq və Qərb arasında mənəvi və mental əlaqələrin vacibliyini, varislik prinsipinin qorunması arasında mümkün sintezlərin zəruriliyi haqqında geniş məlumat verib. K. Bünyadzadə yeni fəlsəfi sistemi dörd əsas istiqamətini qeyd edərək - yaradılış, idrak prosesi, şəxsiyyətin formalaşması, fəlsəfə və elmin qarşılıqlı təsirini təhlil edib. Bundan başqa, O “Yeni dövr nə deməkdir?” , “ Yeni dövrün tələbləri nələrdir?” suallarına da aydınlıq gətirib: “Bunlardan biri də ötən illərdə yaşadığımız Pandemiya dövrü - yeni dövrün yeni başlanğıcı oldu. Bu dövr bizə fəlsəfi düşüncələrimizi yeniləməyə imkan yaratığı, insanın özünə qayıtdığı dövr hesab edirəm.”
Tədbirdə İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, f.e.d., prof. Rəfiqə Əzimova, f.ü.f.d., dos. Mətanət Şəkixanova və digər əməkdaşlar mövzu ilə bağlı fikirlərini bölüşüb, Könül Bünyadzadəni yubileyi münasibəti ilə təbrik ediblər.