01.07.2024, 06:25 - Baxış sayı: 31

Latviya Universitetində Azərbaycan poeziyası və fəlsəfəsinə dair konfrans keçirilmişdir


Latviya Universitetində Azərbaycan poeziyası və fəlsəfəsinə dair konfrans keçirilmişdir

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli 18-19 iyun 2024-cü il tarixlərində Riqada, Latviya Universitetinin Asiya tədqiqatları bölməsində keçirilən “Azərbaycan - elm və poeziyanın kəsişmə yolu” adlı Beynəlxalq elmi konfransda “Azərbaycan poeziyası və fəlsəfəsi orta əsrlərdə mədəniyyətlərarası əlaqələrdə” mövzusunda çıxış etmişdir. Konfransda Latviya Universitetinin Şərq-Qərb Mədəniyyətlərarası Araşdırmalar üzrə bakalavr proqramının rəhbəri, Asiya Tədqiqatları kafedrasının müdiri, professor Kaspars Klavinş, Universitetin həmin sahə üzrə bir sıra yüksək ixtisaslı tədqiqatçıları, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Əzizağa Nəcəfov (online), həmin institutun şöbə müdiri dosent Aynur Nəcəfova (online), Azərbaycan İlahiyyat İnstitutunun dosenti Aliyə Mürsəlova, Pakistandan İslamabad Beynəlxalq İslam Universitetinin professoru Şah Seyid Rəhim (online) Şərq-Qərb mədəniyyətlərinin kəsişməsində tarix boyu əhəmiyyətli rol oynayan Azərbaycan poeziyası və fəlsəfəsinin görkəmli nümayəndələrinin, o cümlədən Əbülhəsən Bəhmənyar, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Şihabəddin Sührəverdi, İmadədin Nəsimi, Mahmud Şəbüstəri, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Xurşid Banu Natəvan və başqa mütəfəkkirlərin irsinə dair maraqlı məruzələr etmişlər. Konfransda Azərbaycan Respublikasının Latviyadakı Fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov çıxış etmiş, Latviya Universitetinin ölkələrimiz arasında elmi-mədəni əlaqələrin inkişafında göstərdiyi səyləri yüksək qiymətləndirmişdir.
Latviya Universitetində Azərbaycan poeziyası və fəlsəfəsinə dair konfrans keçirilmişdirAzərbaycan tədqiqatçıları müzakirələrdə latviyalı həmkarları ilə fikir mübadilələri aparmış, elmi əlaqələrin daha da inkişaf etdirilməsi üçün məsləhətləşmişlər. Eynulla Mədətli 2010-cu ildə tərtib etdiyi və İslamabadda ingilis dilində nəşr etdirdiyi “Azerbaijan Poetry- a drop in the Ocean” (Azərbaycan poeziyası – dəryadan damla) kitabını və onun elektron mətnini Latviya Universitetin Asiya Tədqiqatlar Departamentinə təqdim etmişdir. Bu kitabda “Kitabi-Dədə Qorqud”dan üzü bəri Azərbaycan poeziyasının seçmə nümunələri ingilis dilində oxuculara təqdim edilir. Kitabda akademik İsa Həbibəylinin Azərbaycan bədii-fəlsəfi fikrinin əsas mərhələləri və numunələri, Azərbaycan poeziyasının zəngin tarixi və özəllikləri barəsində geniş müqəddiməsi yer almışdır.
Konfransın gedişində E.Mədətli Latviya Universitetində Azərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə yaradılmış Azərbaycan İnformasiya Mərkəzində olmuş, Fəlsəfə və Sosiologiya İnstitutunun son nəşrlərindən bir neşəsini Mərkəzə təqdim etmişdir.
Latviya Universitetində Azərbaycan poeziyası və fəlsəfəsinə dair konfrans keçirilmişdir
Latviya Universitetində Azərbaycan poeziyası və fəlsəfəsinə dair konfrans keçirilmişdir