“İlham Əliyevin yeni quruculuq siyasəti və Azərbaycan gəncliyi: Şuşa mənəvi dəyərlər kontekstində” adlı elmi seminar keçirilib
İyunun 20-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası, Fəlsəfə və Sosiologiya İnstitutunun YAP ərazi təşkilatı və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən “İlham Əliyevin yeni quruculuq siyasəti və Azərbaycan gəncliyi: Şuşa mənəvi dəyərlər kontekstində” adlı elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq, gənc alimləri və seminar iştirakçılarını salamlayıb. İ.Məmmədzadə çıxış edərək Prezident İlham Əliyevin böyük qayıdış siyasətindən, bu siyasətin mərkəzində duran gənclərin rolundan, institutda çalışan gənc alim və tədqiqatçıların gördüyü işlərdən söz açıb. İ. Məmmədzadə: “Bu gün Azərbaycanda elm və digər sahələrdə gənclərin maraqları nəzərə alınır, onların potensiyallarından maksimum istifadə olunur. Bu baxımdan gənclərin cəmiyyətin bir çox sahələrində fəal iştirak etməsi İlham Əliyevin gənclər siyasətinin başlıca prioritetlərindən biridir” - deyə, qeyd edib.
Sonra söz İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynliyə verilib. C. Hüseynli ilk olaraq başda İlham Məmmədzadə olmaqla, bütün tədbir iştirakçılarına öz təşəkkür bildirərək, seminarın əhəmiyyətindən söz açıb. Gənclərin ötən illərə nisbətdə fəallığını vurğularaq, onların öz fikir və düşüncələrini auditoriya qarşısında söyləməkdən və ideyalarını irəli sürməkdən çəkinmədiklərini nəzərə çatdırmışdır. C. Hüseynli öz çıxışında keçirilən bütün tədbir və seminarların görünən və görünməyən tərəflərində söhbət açaraq, seminarda çıxış edənlərdən başqa bu tədbirin baş tutmasında öz dəstəyini əsirgəməyən İnstitutun direktoru İlham Məmmədzadəyə, AMEA Azad Həmarlar İttifaqının sədri Sənan Həsənova, Fəlsəfə və Sosiologiya İnstitutunun YAP ərazi təşkilatının sədri Şölət Zeynalov öz minnətdarlığını bildirmişdir.
Sonda İnstitutun elmi işçiləri Hafizə İmanova “Xarıbülbül Azərbaycan gəncinin mübarizliyinin təcəssümü kimi”, Vüsalə Gülmalıyeva “Prezident İlham Əliyevin milli iqtisadiyyatın inkişafında yeni innovasiyaların rolu”, İnstitutun doktorantları Ayxan Mustafayev “Texnologiya və innovasiya: Şuşanın yenidən qurulmasında gənclərin töhfəsi”, Sənan Rəsulov “İşğaldan azad olunmuş ərazilərdə maddi-mənəvi dəyərlərin dövlət tərəfindən qorunması və bərpasında gənclərin rolu”, Rəvan Əliyev “Texnoloji transformasiyalar şəraitində inkişafın yeni Azərbaycan modelinin xüsusiyyətləri”, Rauf Abbasov “İlham Əliyevin inkişaf strategiyası və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış etdilər.