11.06.2024, 07:40 - Baxış sayı: 87

“Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans keçirilib


“Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İyun ayının 7-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfrans Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə təşkil edilmişdir. Konfrans iştirakçıları şəhərin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoymuş və Heydər Əliyev Muzeyini ziyarət etmişlər.
Konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, 30 dekabr 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır. Həmin Sərəncamda Naxçıvanın keçdiyi tarixi inkişaf yolu göstərilməklə bərabər, bu diyarın ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında oynadığı rol dəyərləndirilmiş, Muxtar Respublikanın özünəməxsus mövqeyə və əhəmiyyətə malik olduğu vurğulanmışdır.
“Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans keçirilibKonfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Naxçıvan Muxtar Respublikasının inkişafı: tarix və müasirlik” mövzusunda çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamını Naxçıvan Muxtar Respublikasına göstərilən qayğının təzahürü kimi qiymətləndirərək qeyd etmişdir ki, həmin Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında, Azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə yol açır. Bu qayğı Naxçıvanın yeni dövrdə inkişafını istiqamətləndirir, onun sabahını daha aydın təsəvvür etməyə imkan verir. Bu konfransın mühüm əhəmiyyət kəsb etdiyini deyən akademik İsa Həbibbəyli özünün yeni inkişaf dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasının gələcək perspektivlərindən danışıb.
Konfransın açılışında Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev, Türkiyə Milli Müdafiə Univeritetinin dekanı, professor İbrahim Ədhəm Atnur, AMEA-nın vitse prezidenti, akademik Arif Həşimov, Naxçıvan Dövlət Universitetinin rektoru, professor Elbrus İsayev çıxış etmişlər. Birinci bölmənin iclasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli “1920-1921-ci illərdə Naxçıvanın erməni işğalına qarşı mübarizəsində Türkiyənin dəstəyi” mözusunda məruzə etmişdir.
Konfrans “Naxçıvan Muxtar Respublikası - 100” sənədli filminə baxış və Beynəlxalq konfransa həsr olunan konsert proqramı ilə başa çatmışdır.
“Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
“Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans keçirilib