06.06.2024, 10:47 - Baxış sayı: 398

“Sosiologiya” dərsliyi nəşr olunub


“Sosiologiya” dərsliyi nəşr olunub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsinin baş elmi işçisi, sosiologiya elmləri doktoru, dosent Səadət Məmmədovanın həmmüəllifliklə “Sosiologiya” dərsliyi (Bakı: “Füyuzat”, 2024,410 s.) nəşr olunub.
Dərsliyin elmi redaktoru professor Tahirə Allahyarova, rəyçiləri Sosiologiya elmləri doktoru, professor Hüseyn Qaraşov və Sosiologiya elmləri doktoru, professor Rafail Həsənovdur.
Dərslikdə Sosiologiya elminin əsaslan təqdim edilir. XXI əsr insan cəmiyyətinin yeni mahiyyətli inkişaf mərhələsidir. Elm və texnikanın tərəqqisi ilə müşaiyət olunan bu dövrdə sosial reallıq ciddi transformasiyaya məruz qalır. Eyni zamanda yeni sosial reallıq şəxsiyyətin dəyərlər sisteminin, sosial münasibətlərinin dəyişməsinə gətirir. Davamlı sosial tpranspozisiya prosesninin izləndiyi XXI əsrdə sosiologiya elminin və sosioloji araşdırmaların aktuallığı danılmaz fakta çevrilir. Rəqəmsallaşma dövrünün cəmiyyətində ağıllı texnologiyaların idarəçiliyi genişlənir. Cəmiyyətin özəyini təşkil edən sosial qruplar, sosial institutlar və təşkilatların araşdırılması müvafiq metodoloji araşdırmaların tətbiqini zəruri edir. Müasir cəmiyyətin özünəxas inkişaf meyllərinin araşdırılması ilə məşğul olan sosiologiyanın tədqiqat obyekti və predmeti dəyişməz olaraq qalır, lakin təqdiqat istiqamətləri genişlənir.
Təqdim edilən dərslikdə yuxarıda qeyd edilən hadisə və proseslərin sosiologiyası açıqlanır. Dərslikdəki mövzular əsasən 5 qrupda ümumiləşdirilib:
I.Sosiologiyanın nəzəriyyəsi və metodologiyası.
II.Sosial struktur, sosial institutlar, sosial proseslər.
III.Mədəniyyətin sosiologiyası.
IV.Sosial idarəetmə.
V. Siyasi sosiologiya.
Həmmüəllifliklə yazılan dərslikdə müəlliflər mövzuları aşağıdakı kimi təqdim ediblər:
Səadət Davud qızı Məmmədova:
Sosiologiya elminin meydana gəlməsi və inkişafı; Empirik sosiologiya; Rəqəmsal sosiologiya; Sosial institutlar; Gənclərin sosiologiyası; Sosial dəyişiklik; Sosial inkişaf; Qloballaşmanın sosiologiyası; Mədəniyyətin sosiologiyası; Elmin sosiologiyası; Süni intellektin mahiyyəti və inkişaf tarixi; Dövlətin sosiologiyası; Şəhərin sosiologiyası; Kəndin sosiologiyası
Nigar Faiq qızı Şahhüseynbəyova:
Cəmiyyət mürəkkəb sosial sistem kimi; Şəxsiyyətin sosiologiyası; Sosial təşkilatlar; Sosial qruplar və onların dinamikası; Ailə və nikah sosiologiyası; Sosial stratifikasiya; Sosial mobillik; Təhsilin sosiologiyası; Süni intellektə sosioloji yanaşmalar və perspektivlər; İdarəetmənin sosial təbiəti və strukturu; İctimai rəyin sosiologiyası; Siyasətin sosiologiyası; Sosial-etnik münasibətlərin sosiologiyası; Hüquq sosiologiyası.