31.05.2024, 12:55 - Baxış sayı: 235

"Etika" və "Sosial Psixologiya” şöbələrinin “Millli ideologiya etik və sosial psixoloji kontekstdə” mövzusunda elmi seminarı keçirilib


"Etika" və "Sosial Psixologiya” şöbələrinin “Millli ideologiya etik və sosial psixoloji kontekstdə” mövzusunda elmi seminarı keçirilib31 may 2024-cü il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda "Etika" və "Sosial Psixologiya” şöbələrinin “Millli ideologiya etik və sosial psixoloji kontekstdə” mövzusunda elmi seminarı keçirilib. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxışında milli ideya mövzusu ilə bağlı öz fikirlərini bölüşüb.
Professor Prezident İlham Əliyevin öz müsahibəsində milli ideyanın həm fəlsəfi, həm ideoloji aspektləri təhlil olunduğunu bildirib. Milli ideyanın strukturu, anlamları etik-psixoloji kontekstdə, milli ideya bu elmlərin qovşağında təhlil olunmalıdır. Etikanın hansı dəyərlərə bağlı olduğu, sosial psixoloqlar isə konkret cavablarla bu münasibətlərin ayrı-ayrı təbəqələrdə necə olduğunu göstərməlidir. "Etika" və "Sosial Psixologiya” şöbələrinin “Millli ideologiya etik və sosial psixoloji kontekstdə” mövzusunda elmi seminarı keçirilibXalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməl rolunu oynayır. Yeni Azərbaycan Partiyası milli ideologiyanı yüksək vətənpərvərlik nümayiş etdirilməsində məqsədyönlü fəaliyyətinin müstəsna rolunun olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır.
Sonra “Sosial psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent gənc alim Günel Məlikli mövzu ilə əlaqəli çıxışında Prezident İlham Əliyevin “Azərbaycanda yeni dövr başlayır” fikri milli ideya və milli ideologiyanın mərkəzi müddəası olduğunu bildirib.
"Etika" və "Sosial Psixologiya” şöbələrinin “Millli ideologiya etik və sosial psixoloji kontekstdə” mövzusunda elmi seminarı keçirilibÖlkənin ağır durumundan xilası çoxları üçün mümkünsüz görünəndə məhz azərbaycançılıq ideologiyası təhlükəli vəziyyətdən çıxmaqda ölkənin, xalqın harayına çatdığını, bu ideologiyanın banisi Ulu öndər Heydər Əliyev olduğundan danışıb. Ümummilli Lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir...” çıxışını vurğuladı. Dahi lider Heydər Əliyevdən sonrakı dövrdə Ulu öndərin müəllifi olduğu ideologiya Prezident İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə həyata keçirildiyini qeyd edib. Və bugünkü qalib Azərbaycan məhz bu ideologiyanın dayaqları üzərində möhkəmləndiyini və Ulu öndərin arzuladığı kimi Azərbaycan dünyaya günəş kimi doğur deyə, Günel Məlikli vurğulayıb.Sonra seminar t.e.d. Eynulla Mədətli və f.e.d. Adil Əsədovun müzakirələri ilə davam etmişdir.
"Etika" və "Sosial Psixologiya” şöbələrinin “Millli ideologiya etik və sosial psixoloji kontekstdə” mövzusunda elmi seminarı keçirilib