29.05.2024, 07:41 - Baxış sayı: 92

“Ziyalılarla görüş” layihəsi çərçivəsində t.e.d. Eynulla Mədətli və f.e.d. Füzuli Qurbanovla görüş keçirilib


“Ziyalılarla görüş” layihəsi çərçivəsində t.e.d. Eynulla Mədətli və f.e.d. Füzuli Qurbanovla görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ziyalılarla görüş” layihəsi çərçivəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli və İnstitutun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov ilə görüş keçirilib.
Tədbirdə t.e.d. Eynulla Mədətlinin və f.f.d., dosent Anar Qafarovun ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev: dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər” kitabının təqdimat mərasimi keçirilib.
Aİİ rektoru, dosent Aqil Şirinov Eynulla Mədətli haqqında İnstitut heyətinə və tələbələrə geniş məlumat verib. E.Mədətlinin böyük tarixçi alim olduğunu qeyd edən A.Şirinov vurğulayıb ki, ümummilli lider Heydər Əliyev irsini dərindən tədqiq edən alim Ulu Öndərin fəaliyyətini konkret faktlarla dəqiq təqdim edə bilib.
A.Şirinov geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Heydər Əliyev: dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər” kitabının gələcək nəsillər üçün nümunə olacağına əminliyini ifadə edib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə beynəlxalq əlaqələrin inkişafından, qonşu xalqlar və dövlətlərlə dostluq əlaqələrinin vüsət tapmasından söhbət açıb.
Məruzəçi daha sonra Pakistan, Əfqanıstan və Ukraynada səfir işlədiyi vaxtlardan, eləcə də həmin ölkələrin tarixindən bəhs edib. Həmçinin səfir işlədiyi dövrlərdə Pakistan haqqında yazdığı əsər haqqında məlumt verib.
“Ziyalılarla görüş” layihəsi çərçivəsində t.e.d. Eynulla Mədətli və f.e.d. Füzuli Qurbanovla görüş keçirilibAİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov həmmüəllifi olduğu kitab haqqında danışıb. Bildirib ki, kitabda ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında, dövlətçilik şüurunun, milli-mənəvi özünüdərkin, kimliyin bərqərar edilməsində, qayəsini və mayasını azərbaycançılığın təşkil etdiyi ideologiyanın formalaşdırılmasındakı xidmətləri tarixi-fəlsəfi təhlilə cəlb edilmişdir. A.Qafarov vurğulayıb ki, əsərdə, eyni zamanda, ölkəmizdə milli dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi, adət-ənənələrin, milli-mənəvi dəyərlərin ümumbəşəri amillərlə ahəngdar əlaqələndirilməsi istiqamətində Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi öz əksini tapıb.
AMEA-nın şöbə müdiri, professor Füzuli Qurbanov ulu öndər Heydər Əliyevin yüksək zəka, hərtərəfli dərin bilik, nümunəvi ictimai-siyasi fəaliyyət sahib olmasından bəhs edib. Professor Füzuli Qurbanov ümummilli lider Heydər Əliyevin gənclərə tövsiyələrindən danışıb, gənc nəslin dövlətçilik ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsində fəal olmalarının əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda AMEA alimlərinə suallar ünvanlanıb.
“Ziyalılarla görüş” layihəsi çərçivəsində t.e.d. Eynulla Mədətli və f.e.d. Füzuli Qurbanovla görüş keçirilib