29.05.2024, 06:58 - Baxış sayı: 599

Gənc alim Günel Məlikli Möhtərəm Prezident İlham Əliyevin gənclər siyasətinə həsr edilmiş impakt faktorlu məqaləsinə görə sertifikatla mükafatlandırılıb

Gənc alim Günel Məlikli Möhtərəm Prezident İlham Əliyevin gənclər siyasətinə həsr edilmiş impakt faktorlu məqaləsinə görə sertifikatla mükafatlandırılıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Ali Baş Komandan, Prezident İlham Əliyevin gənclər siyasətinə həsr edilmiş impakt faktorlu dərc olunmuş məqaləsinə görə sertifikatla mükafatlandırılıb. Məqalədə Ölkə başçısının siyasi strategiyası və qoyulan məqsədlərə çatması yolunun siyasi liderliyin nadir nümunəsi olduğu vurğulanır. Qeyd olunur ki, müstəqilliyin ilk illərindən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə gənclər siyasəti istiqamətində ciddi addımlar atılmış, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə cəmiyyət həyatında gənclərin iştirakını genişləndirən imkanlar daha da artmışdır.
“Ölkəmizdə gənclər siyasətinə, gəncliyin inkişafına çox diqqət yetirilir. Məhz bu səbəbdən Prezident İlham Əliyevin milli inkişaf strategiyasında gənclər siyasəti xüsusi yer tutur”, - deyə məqalədə bildirilir.