24.05.2024, 11:25 - Baxış sayı: 94

Rusiyalı akademik Fəlsəfə və Sosiologiya İnstitutunun Fəxri professoru adına layiq görülüb


Rusiyalı akademik Fəlsəfə və Sosiologiya İnstitutunun Fəxri professoru adına layiq görülüb

Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Noosfer İctimai Elmlər Akademiyasının birinci vitse-prezidenti, professor, texnika elmləri üzrə fəlsəfə doktoru Heydər İmanov AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun qonağı olub.
Görüş zamanı Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə qonağı salamlayaraq, akademiki burada görməkdən məmnun olduğunu ifadə edib.
Qonaq AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ilə birgə həyata keçirdikləri elmi əlaqələrdən, keçirilən konfranslardan söz açaraq bildirib ki, hər iki müəssisə arasında mövcud əlaqələr bundan sonra da davam edəcək.
Görüşdə qonağa Fəlsəfə və Sosiologiya İnstitutunun Fəxri professoru diplomu təqdim edilib.