24.05.2024, 07:07 - Baxış sayı: 112

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Hafizə İmanova konfransda iştirak edib


Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Hafizə İmanova konfransda iştirak edib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Hafizə İmanova “Ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu” adlı elmi praktik konfransda iştirak edib.
Konfransda Hafizə İmanova “Gələcəyə baxış konsepsiyası çərçivəsində Yaşıl iqlimə keçid dövrü” adlı tezislə çıxış etmişdir. Konfrans 23-24 may tarixlərində AMEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində keçirilmişdir. Konfransda ekoloqlar, müxtəlif elm sahələrinin alimləri iştirak etmişdir. Konfransda akademik, AMEA-nın prezidenti İsa Həbbibbəyli, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Elm və Təhsil Naziri Emin Əmirullayev və başqa Nazirliklərin nümayəndələri çıxış etmişlər. Sonda iştirakçılar sertifikatla təltif edilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Hafizə İmanova konfransda iştirak edib