24.05.2024, 05:13 - Baxış sayı: 171

Faiq Ələkbərli Almatıda beynəlxalq elmi konfransın plenar iclasında məruzə edib


Faiq Ələkbərli Almatıda beynəlxalq elmi konfransın plenar iclasında məruzə edib

23 may 2024-cü ildə Qazaxıstanın Almatı şəhərində UNESCO himayəsindəki Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmlərin arxeologiyası: Şumerlər və arifmetikanın mənşəyi” mövzusunda V Beynəlxalq elmi konfrans keçirilib.
Həmin beynəlxalq elmi konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli də iştirak edib. O, “İslamaqədərki dövrdə Türk fəlsəfəsi və Türk filosofları (Şumerlər, İskitlər və b.)” mövzusunda plenar iclasda məruzə edib. F. Ələkbərlinin məruzəsi beynəlxalq elmi konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb. Beynəlxalq elmi konfransda Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Türkiyə, Özbəkistan, Tacikistan, Qırğızıstan və digər ölkələrdən alimlər qatılıblar.
Konfransın sonunda F.Ələkbərli kitablarını Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin direktoru, Türk dünyasının böyük yazarı, alimi Oljas Süleymenova hədiyyə edib.
Faiq Ələkbərli Almatıda beynəlxalq elmi konfransın plenar iclasında məruzə edib
Faiq Ələkbərli Almatıda beynəlxalq elmi konfransın plenar iclasında məruzə edib