16.05.2024, 03:56 - Baxış sayı: 70

Dosent Zeynəddin Şabanov “Sosial əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda çıxış etmişdir


Dosent  Zeynəddin Şabanov “Sosial əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda çıxış etmişdir

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dosent Zeynəddin Şabanov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında respublika həmkarlar ittifaqları fəalları üçün keçirilən seminar-kurslarda “Sosial əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda çıxış etmişdir. Z.Şabanov sosial əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu təhlil etmiş, sosial əmək münasibətlərinin tənzimlənməsi mərhələləri, sosial tərəfdaşlığın subyektləri, məqsədi və prinsipləri, Azərbaycanda sosial tərəfdaşlığın inkişafı üçün görülən tədbirlər, qəbul edilən qanun və normativ aktlar barəsində geniş məlumat vermişdir. Çıxışdan sonra müzakirələr olmuş, maraqlı fikirlər söylənilmiş, təkliflər irəli sürülmüş, xatirə şəkilləri çəkilmişdir.