Azərbaycançılıqda varislik ənənəsi
İradə Zərqan
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
AMEA-nın Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsi
Tarixən Azərbaycan ərazisində yaşayan xalqlar cəmiyyətdaxili və millətlərarası ayrıseçkilikdən kənar olmuş, Azərbaycan müstəqillik qazandıqdan sonra isə mövcud ənənə ideoloji məzmun kəsb etmişdir.
Azərbaycan xalqının tarixinin, etnik yaddaşının, arxaik təfəkkürünün güzgüsü olan “Kitabi Dədə Qorqud”u Ümummilli lider Heydər Əliyev milli varlığımızın mötəbər mənbəyi adlandırırdı (1, 8-9). Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, milli-mənəvi dəyərlərinin əks olunduğu qəhrəmanlıq eposu həm də coğrafi ərazi, dil, məfkurə, stereotiplər, rituallar sistemi baxımından elmi-nəzəri, fəlsəfi əhəmiyyət kəsb edir.
Nəriman Nərimanov yazırdı: “Bir şairin, ya bir ədibin əsəri olan kimi bütün bir qövmün – elin də özünə münasib əsəri ola bilər. Bir ədibin əsəri onun ruhunu, fikrini, bütün əqidəsini bildirən kimi, ümumiyyətlə bir qövm və ya elin tərəfindən yaranmış əsər haman qövmün ruhunu, fikrini və əqidəsini bildirər... Qövmün fikrini, qanacağını sözlərdən, mətləblərdən bilmək olursa, el düzəldən mahnıların havacatından da onun ruhuna dair çox şeylər bilmək olar...” (2, 388-389). Bu fikirlərdə qədirbilən vətən oğlunun ürək döyüntüləri hiss olunur, xalqının, el-obasının milli-mənəvi dəyərlərini canına hopduran, onun bir parçasına çevrilməyi bacaran məhrəmiyyət sevdası duyulur.
Şanlı tariximizin istənilən səhifəsindən baxdıqda situasiya, hadisə və proseslərin xronologiyasından asılı olmayaraq, xalqımızın vətəndaşlıq mövqeyi, insansevərlik və yurdsevərlikdə varislik ənənələrinə sadiqliyini görməmək mümkün deyildir. Azərbaycanın varislik ənənələrinin mayası əzəli yaranış fitrətinə - insanlığa sadiqliklə elə yoğrulmuşdur ki, həyatın gərdişləri, xəyanət və fitnəkarlıqlar onu zərrə qədər də dəyişə bilmir.
Yalnız “...Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?” (3, 126) hikmətini mənimsəyən bir xalq, əlyhinə yönəlmiş fitnəkarlıqların cavabına tələsmədən - yaxşılığa, sülhə və həmrəyliyə səfərbər ola bilər. Eləcə də “Qəlbində zərrə qədər kini olan insan cənnətin qoxusunu belə ala bilməz” hikmətini dərk edən insan talanlara, işğallara qol qoya bilməz, insan haqlarına göz yumaraq torpaq iddiasında ola bilməz... və təbii ki, nə düşüncədə, nə də fəaliyyətdə qeyri-qanuni məsələlərə laqeyd qala bilməz.
N. Nərimanovun V.İ.Leninə məktubunda Azərbaycanın SSRİ tərkibinə daxil edilməsinin acı nəticələri ilə barışa bilməyən dövlət xadiminin daxili əzabı və fitnəkarlığa qarşı etirazı əks olunmuşdur. Hazırda Azərbaycan Respublikası MEA-nın Azərbaycan Tarixi Muzeyinin elmi arxivində N-2041N inv. sayı ilə qorunan həmin məktubda yazılır: “...Mərkəz Azərbaycanın tamamilə mübaliğəsiz ərazilərini Ermənistana verir. ...həmişə Denikini müdafiə etmiş ermənilər müstəqillik qazanmış, üstəlik Azərbaycanın ərazilərini almışlar. İndiyə qədər ikili siyasət aparan gürcülər müstəqillik əldə etmişlər... Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir. ...Mərkəzdən hər gün nümayəndələr gəlib əllərində olan mandatlara əsasən bizə göstəriş verirlər... Siz bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, geri çağırılmağımız barədə mərkəz qarşısında məsələ qoyaq” (2, 466). Lakin çox gec idi, olan olmuşdu. Azərbaycan torpaqlarının böyük bir hissəsi, müsəlman əhalinin əsrlər boyu yaşadığı qədim Azərbaycan əraziləri Gürcüstan və Ermənistana qatılmışdı.
Beləliklə, Azərbaycana münasibətdə I Pyotrun siyasətini V.İ.Lenin başqa motivlərlə davam etdirmiş oldu. Bu barədə “Milli Azərbaycan hərəkatı” kitabında yazılır: “Bütün İslam aləmində və bütün türk dünyasında ilk respublika olan Azərbaycan yenidən rus istilasına məruz qaldı” (4, 130). Bu hadisə bir daha təsdiq edir ki, “Azərbaycan məsələsi beynəlmiləl bir məsələ” idi və o zaman “firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul olmalı” idilər... (4, 114-115). Bu və sonrakı rus imperializmi nümayəndələrinin siyasi oyunlarından qanı və canı bahasına qurtularaq, bu günlərə gəlib çatan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması dövlətin öz daxili işi olmaqla yanaşı, beynəlxalq aləmi təmsil edən qurumların da həssaslıqla müdafiə etməli olduğu məsələdir. Çünki, beynəlxalq aləmdə yaxşı nümunənin olması çox önəmlidir.
Müasir dünyada baş verən müharibələrin, terror bəlasının, ekstremizm və zorakılığın əsas səbəbləri yuxarı təbəqələrdə şovinizm və diktatorluqdursa, sadə kütlə arasında cəhalət və biliksizlikdir. Azərbaycanda müstəqilliyin bütün vasitələrlə qorunmalı olduğunu artıq hamı dərk edir. Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülən Azərbaycançılıq ideologiyası tarixi Azərbaycan ərazilərində və onun hüdudlarından kənarda yaşayan bütün vətənsevərlərin vahid dövlətçilik ənənələri altında birliyini ifadə edir.
Nəriman Nərimanov oğlu Nəcəfə məktubunda bolşevizmi nəzərdə tutaraq yazırdı: “Hakimiyyət çoxlarını korlayır... Onlar nəhəng dövlətin taleyini əllərinə alaraq hesabat vermədən diktatorluq etmək qərarına gəldilər...” (2, 469). N.Nərimanovun fikirləri bu gün də aktualdır. İraqda və Suriyada minlərlə insanın öldürülməsi, kimyəvi silahlardan dinc əhaliyə qarşı istifadə edilməsi diktatorların ümumbəşəri dəyərlərə etinasızlığından, ilahi hikməti unutmalarından və peyğəmbərlərdən miras qalan bəşəri varisliyə sahib çıxa bilməmələrindən qaynaqlanır.
Azərbaycanın ictimai dövlət xadimi N.Nərimanov sələflərindən aldığı və öz şəxsi təcrübəsində sınadığı hikməti oğluna çatdırarkən, vəzifə-mənsəb dalınca qaçmamasını tövsiyə edirdi. O, oğlunun simasında gələcək nəsillərə öyüd-nəsihət verərək başa salır ki, adamı yaxşı tanımaq, onun bütün daxili aləminə bələd olmaq istəyirsənsə, onu bir müddətə vəzifə başına qoymaq lazımdır... Tezliklə bütün müsbət və mənfi cəhətləri üzə çıxacaq. Bu baxımdan əgər sən kütlələri hiyləsiz-yalansız öz arxanca aparmağa hazır deyilsənsə, yaxşısı budur ondan imtina edəsən... Əgər kütlə səni dəyərləndirərsə, hakimiyyətdə iştirakını zəruri hesab edərsə, sənə etibar edərsə və sən bu etibara əsasən ümumi işə müəyyən fayda verəcəyinə əmin olarsansa, onda imtina etmə” (2, 469).
Nəriman Nərimanovun oğlu Nəcəfə məktubu - XX əsrin əvvəllərində ictimai düşüncəni əks etdirən bir fraqment olmaqla yanaşı, Azərbaycançılıq fəlsəfəsinin elementlərindən birini ifadə edən kiçik ədəbi nümunədir. Bu sadə nümunədə Azərbaycan xalqının əsrlər boyu təkrarlanan, nəsildən nəslə ötürülən, unudulmayan və dəyişməyən milli-mənəvi meyarı əks olunur. Burada ata-oğul münasibəti ilə yanaşı, hikmətin ötürülməsi və varislik mədəniyyətinin xarakteri meydana çıxır. Məhz ulu əcdadları kimi, N.Nərimanovun da qələmində pərvəriş tapan və sonrakı nəsillərə ötürülən dəyərlərə hörmət hissi Azərbaycanı dəfələrlə vətəndaş müharibəsi təhlükəsindən qurtarmışdır.
Azərbaycanda Əbülfəz Elçibəy idarəçilikdən imtina edəndə və Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gələndə Azərbaycan xalqının əsrlərin sınağından keçən milli-mənəvi dəyərlərinə köklənmişdilər. Çünki onlar siyasi liderliklərini Azərbaycana – övladı olduqları vətənə müqəddəs xidmət hesab edirdilər. Azərbaycanın bütövlüyü naminə siyasi kompromisin baş tutması hadisəsi özlüyündə dünyaya bir müdriklik mesajı, idarəçilik nümunəsidir.
Heydər Əliyevin zəngin milli-mənəvi dəyərləri üzə çıxararaq təqdir etməsi, kənar stereotipləri qıraraq, Azərbaycan oğullarını bir bayraq altında birləşdirmək cəhdini Nəriman Nərimanov haqqındakı düşüncələrində də görmək olur. O yazırdı: “Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxarmışdı.
...Bizdən ötrü Mirzə Fətəli Axundov da Əhməd bəy Ağayev də, Məmmədəmin Rəsulzadə də, Nəriman Nərimanov da böyük şəxsiyyətlərdir. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz...” (2, 4).
Heydər Əliyevin vurğuladığı məsələlər gələcək nəsillərin bir an belə yaddan çıxarmamalı olduğu məqamlardandır. Ümummilli lider situasiyanı qiymətləndirməyi və məharətlə ələ almağı bacardığı kimi, insanların fəaliyyətlərinə də kompleks yanaşan müdrik və uzaqgörən şəxsiyyət idi. O, Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan digər ziyalılarla yanaşı Nəriman Nərimanovun da əməyini yüksək qiymətləndirirdi. Heydər Əliyev özü qədirbilən olduğu üçün Azərbaycan xalqı da onun qədrini bilir - onu sevir və ona etbar edirdilər. Azərbaycançılıq Heydər Əliyevin sələflərindən alaraq təkmilləşdirdiyi və xələflərinə, xalqına əmanət etdiyi milli-mənəvi dəyərlərdəndir.
Ümummilli lider Heydər Əliyev Azərbaycançılığı Azərbaycanın milli ideologiyasının əsas prinsiplərindən biri kimi xarakterizə edir: “Azərbaycanın suverenliyi, bütövlüyü və bölünməzliyi, ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu Azərbaycan xalqı, azərbaycançılıq, ölkəmizin dövlət dili olan Azərbaycan dili, xalqımızın tarix boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli əxlaqi mentaliteti, ümumbəşəri dəyərlər və bütün bu dəyərlərin sintezi, respublikamızın ilk demokratik konstitusiyası, bu konstitusiyada hər bir vətəndaş üçün vəzifələr, vətəndaşlarımızın hüquqları, Azərbaycanın milli bayrağı, gerbi, himni – bütün bunlar, mənim fikrimcə, müstəqil Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən prinsiplərdir” (5, 1).
Müasir Azərbaycanda tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən multikulturalizm siyasəti Azərbaycançılıq məfkurəsinin beynəlmiləl cəhətinin əyani ifadəsidir. 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması mövcud ənənəvi varisliyin məntiqi nəticəsi, müstəqil dövlət siyasətinin növbəti mərhələsidir.
20.06.2017-ci il tarixində Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki nitqində Azərbaycan prezidenti İlham Əliyev demişdir: “Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə mənbəyi yoxdur. Bunun səbəbi təkcə bizim hansısa inzibati addımlarımız deyil. Bunun səbəbi cəmiyyətdə mövcud olan ab-havadır” (6). “Azərbaycan ab-havası” hörmətli prezidentimiz başda olmaqla, Azərbaycan oğullarının böyük fədakarlıqla qoruyub saxladıqları, davam və inkişaf etdirdikləri nəhəng mədəni varislik fəaliyyətlərinin yalnız bir hissəsidir. İslam həmrəyliyi ideyası insanları vahid, dəyişməz, ümumbəşəri dəyərlər ətrafında – Allah xatirinə sevgi və qardaşlıq bağları ilə birləşməyə yönəldiyindən, məhz Azərbaycanda ünvan tapmışdır. Cəmiyyətlərin inkişafı ümumbəşəri dəyərlərə münasibətlə mütənasibdir. Azərbaycan cəmiyyətində varislik ənənəsi azad seçim etmək üçün maneə deyil: təməl biliklər, öz tarixi boyda dərinə işləmiş sağlam köklər, eyni zamanda zəngin və etibarlı təcrübə məktəbidir.