10.05.2024, 08:16 - Baxış sayı: 137

“Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli Sertifikatla təltif edildi


“Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli Sertifikatla təltif edildi

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli Mingəçevir Dövlət Universitetində 3-4 may 2024-cü il tarixində keçirilən “Heydər Əliyev Müasir Azərbaycanın Xilaskarı və Qurucusudur” mövzusunda Respublika elmi konfransında iştirakına görə Sertifikatla təltif edilmişdir. O, “Heydər Əliyev – Gənclərin Böyük Hamisi” mövzusunda çıxış etmişdir. Ceyran Hüseynli öz çıxışında gənclərin ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verdiyindən, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirakından bəhs etmişdir.