07.05.2024, 10:25 - Baxış sayı: 62

“Orta əsrlərdə Azərbaycanın dünyaya bəxş etdiyi əbədiyaşar şair - Məhəmməd Füzuli” mövzusunda konfrans


“Orta əsrlərdə Azərbaycanın dünyaya bəxş etdiyi əbədiyaşar şair - Məhəmməd Füzuli” mövzusunda konfrans

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxana Sistemi 24 saylı kitabxanada görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinn anadan olmasının 530 illiyi münasibətilə “Orta əsrlərdə Azərbaycanın dünyaya bəxş etdiyi əbədiyaşar şair - Məhəmməd Füzuli” mövzusunda konfrans keçirilmişdir. İnternet üzərindən keçirilən konfransa AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı f.f.d., dosent Zeynəddin Şabanov onlayn qoşularaq “Məhəmməd Füzulinin dünya fəlsəfi irsinə münasibəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Füzulinin qədim yunan fəlsəfi irsinə münasibəti təhlil edilmiş, şairin ruhun varlığı və ölməzliyi, ilkin yaradılış, insan həyatı, axirət dünyası, ağıl və ehkam, bilik və onun növləri, sadə və mürəkkəb biliklər, insanın dünyanı dərk etməsi kimi məsələlərə münasibətindən danışılmışdır. Maraqlı müzakirələrdən sonra video-çarx nümayiş etdirilmiş, xatirə şəkilləri çəkilmişdir.
“Orta əsrlərdə Azərbaycanın dünyaya bəxş etdiyi əbədiyaşar şair - Məhəmməd Füzuli” mövzusunda konfrans