06.05.2024, 09:08 - Baxış sayı: 192

"Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri” mövzusunda doktorantlara mühazirə keçirilib


"Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri” mövzusunda doktorantlara mühazirə keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri” mövzusunda doktorantlara Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, “Sosial psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli tərəfindən mühazirə keçirildi.
Çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə doktorantları və institut əməkdaşlarını salamlayaraq bu günkü tədbirin mövzusunu açıqladı.
"Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri” mövzusunda doktorantlara mühazirə keçirilibProfessor nitqində dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamasından danışdı. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı
"Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri” mövzusunda doktorantlara mühazirə keçirilibZəfər qazanmaqla sübuta yetirmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan, bütün dünyada xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur deyə vurğuladı.
Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
"Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri” mövzusunda doktorantlara mühazirə keçirilibSonra “Sosial psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent gənc alim Günel Məlikli mövzu ilə əlaqəli mühazirəsində liderlik psixologiyası probleminin tədqiqat üçün vacib aspekt olduğunu söyləyib. Liderlik probleminin sosial-psixoloji elmdə həmişə böyük maraq doğurduğundan, müxtəlif dövrlərdə alimlərin liderlik problemini və onun sosial rolunun müəyyən edilməsi nöqteyi-nəzərindən tədqiq etməsindən,Ümummilli lider Heydər Əliyev psixoloji keyfiyyətlərindən danışıb. Ulu Öndər Heydər Əliyevin psixoloji keyfiyyətlərinin onun siyasi fəaliyyəti tamamladığını, sosial-psixoloji baxımdan Ulu Öndər Heydər Əliyevin bir fenomen olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin psixoloji təhlili aşkar edir ki, Onun zəngin irsinin tədqiqi təkcə bu gün üçün deyil, həm də gələcək nəsillərə töhfədir. Ulu Öndərin Heydər Əliyevin həyata keçirdiyi siyasətin psixoloji nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə tarixi qələbəmizi qazandıq - deyə, Günel Məlikli vurğulayıb.
"Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri” mövzusunda doktorantlara mühazirə keçirilib