06.05.2024, 06:47 - Baxış sayı: 50

Xanımağa İsmayılova “Heydər Əliyevin mənəvi irsi və müasir dövrün çağırışları” mövzusunda məqalə ilə çıxış etmişdir


Xanımağa İsmayılova “Heydər Əliyevin mənəvi irsi və müasir dövrün çağırışları” mövzusunda məqalə ilə çıxış etmişdir

Bakı Slavyan Universitetində “Azəbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə” Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş XV Beynəlxalq elmi konfrans keçirilib.
Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Xanımağa İsmayılova “Heydər Əliyevin mənəvi irsi və müasir dövrün çağırışları” mövzusunda məqalə ilə çıxış etmişdir.
Məqalədə Ümummilli lider Heydər Əliyevin mənəvi irsinin mahiyyəti, komponentləri müasir dövrün şağırışları ilə bağlılığı fəlsəfi aspektdən araşdırılmışdır. Heydər Əliyevin mənəvi irsinin müasir Azərbaycanın ictimai həyatında, onun modernləşdirilməsində və inkişafında rolu aydınlaşdırılmış, eyni zamanda milli-mənəvi və mədəni dəyərlərin xüsusən də xalqımızın gələcəyi olan gənclərin həyatı və inkişafında rolunun əhəmiyyəti ətraflı tədqiq olunmuşdur. Milliliyin və ümumbəşəriliyin vəhdətindən ibarət olan Heydər Əliyevin mənəvi irsi vətənpərvərlik, vətənə, xalqa, millətə sevgi aşılayır.
Xanımağa İsmayılova “Heydər Əliyevin mənəvi irsi və müasir dövrün çağırışları” mövzusunda məqalə ilə çıxış etmişdir