01.05.2024, 08:55 - Baxış sayı: 144

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində dəyirmi masa keçirilib

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində dəyirmi masa keçirilib

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) ixtisası üzrə elmi təcrübə keçən IV kurs tələbələri ilə dəyirmi masa keçirildi.
Şöbənin aparıcı elmi işçisi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov “Müasir dövrdə dövlətlərin idarəetmə modelləri və siyasi sistemləri” mövzusunda çıxış etdi. Çıxışında müasir dövrdə dünya dövlətlərinin siyasi sistemlərinin müqayisəli təhlili və idarəetmə modelləri haqda geniş məlumat verdi. Həmçinin, dünyanın aparıcı dövlətlərinin və Azərbaycan Respublikasının siyasi sisteminin spesifik xüsusiyyətlərinə dair arqumentli fikirlər səsləndirildi.
Tədbir tələbələrlə sual-cavab şəklində diskussiyalarla yekunlaşdı.Dəyirmi masada şöbənin əməkdaşları da iştirak ediblər.