Türk dünyasının böyük mütəfəkkiri
Aytək Məmmədova
AMEA Fəlsəfə İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
Dahi mütəfəkkir Əli bəy Hüseynzadə (1864-1940) həm Azərbaycanın, həm də Türkiyənin ictimai-siyasi həyatında özünəməxsus mühüm yer tutmuş dahi şəxsiyyətdir. Türk dünyasında Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq” ideyası Şərq və Qərb dəyərlərinin mükəmməl sintezini təqdim edən düstur kimi tarixi aktuallığını və əbədiliyini təmin etmişdir.
Türkiyəli filosof Hilmi Ziya Ülkən (1901-1974) Azərbaycan mütəfəkkirinin həyatı barədə yazmışdır ki, o, 24 fevral 1864-cü ildə Səlyan şəhərində doğulmuşdur. Atası Tiflis Türk məktəbi müəllimlərindən Hüseyn bəydir. Kiçik yaşda anasının ölümündən sonra uşaqlığı babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadə Səlyaninin yanında keçirmiş, ilk təhsilini Tiflis Türk–Müsəlman məktəbində almışdı. 1875-ci ildə Tiflis klassik gimnaziyasına daxil olmuşdur. Babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812-1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziya tələbəliyindən etibarən türkcəyə, Türkçülüyə və Türkiyəyə əsaslanmağının zəruriliyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu [1, 268].
Türkiyənin görkəmli ictimai xadimi Ziya Gökalp (1876-1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiriylə türkçü olduğunu, xüsusilə hələ kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşı ona millət sevgisini aşıladığını yazmışdır [2, 7].
Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyümüşdü. Şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşmışdı. Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, Türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olmuşdu. Mirzə Fətəli Axundzadə Ziya Gökalp tərəfindən də böyük türkçü kimi qəbul edilmişdir. Bu arqumentlər Ziya Gökalpın Əli bəy Hüseynzadəyə bir gürcü yoldaşının ona millət sevgisini aşılaması haqqında yazdığı faktı təkzib edir.
Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə Türkçülüyün əsaslarını izah etdiyini, “Turan” adlı şeirinin Turançılıq (Pan–Turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirmişdir.
Əli bəy Hüseynzadə Hilmi Ziya Ülkənin atası professor Mehmet Ziya Ülkənlə (1870-1951) birgə Tibbiyyədə tələbə yoldaşı olmuşdur. Türkiyəli alim Əli bəyi atəşkəs dövrünün sonunda tanıdığını göstərmişdir: “XIX əsrin qərbli elm adamları tipində, orta boylu, narin, üzündə çox gözəl bir ifadə verən ağ saqqallı alim o sırada Tibb Fakültəsində professor idi. Tibbiyyədən atamın sinif yoldaşı olması aramızdakı böyük nəsil fərqinə rəğmən bu böyük idealistə yaxınlaşmamı təmin edirdi. Atamla görüşmək üçün bizim evə olduqca seyrək gəlirdi. Fəqət Türk Ocağının, İttihat və Tərəqqinin, Türkçülüyün ilk rəhbərlərindən olan Əli bəyi Ocaqda hər zaman görmək mümkündü. O da Gökalp kimi gəncləri söhbətləri ilə ətrafına toplayırdı. Müzakirələrə girdiyi zaman bütün yaş və dərəcə fərqlərini unudur, mövqeylə deyil, yalnız fikirlə danışırdı. O zamandan sonra söhbətlərimiz çoxaldı” [3, 6].
Hilmi Ziya Ülkən atasından eşitdiyi xatirələrə əsasən yazmışdır ki, Hüseynzadə öncə aldığı universitet təhsilinə görə Rusiyadan qaçaraq, ikinci dəfə Tibbiyyədə oxumuş, fakültəyə olduqca yaşlı olaraq gəlmiş, oradakı tələbələrin hamısından böyükmüş. Səssiz və göstərişsiz rəftarına rəğmən siyasi və fəlsəfi fikirləri ilə yoldaşlarına təsir etməyə başlamışdı. Əli bəy Hüseynzadə Tibbiyyədəki həyatında sadə, təvazökar, fəqət mücadiləçi əxlaqı, bir tərəfdən təbiət elmlərinə, bir tərəfdən fəlsəfəyə, Şərq və Qərb ədəbiyyatlarına aid bilgisiylə yoldaşlarının sevgi və sayqılarını qazanmışdı [3, 7].
Əli bəy Hüseynzadənin 1903-cü ildə Qafqaza qayıtdığını bildirən Hilmi Ziya Ülkən Azərbaycanın ictimai-siyasi və elmi-mədəni mühüti haqqında yazmışdır: “Əli bəy Hüseynzadə öz doğma vətənində Türkçülük və hürriyyət mücadiləsinə çarələr aradı, nəşrlər etdi. Rus–Yapon savaşı Rusiyanın məğlubiyyəti ilə sona çatdığı üçün, hər tərəfdə olduğu kimi Qafqazda da inqilablar başlamış, kons-titusiyanın elanını asanlaşdırmaq üçün Peterburqa heyətlər göndərilmişdi. Aralarında Hüseynzadə də vardı. Heyət Duma məclisinə Azərbaycan deputatlarının iştirakını təmin etmişdi və o vaxta qədər çapına icazə verilməyən türkcə gündəlik qəzetin icazəsini almışdı. Qəzet Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və Hacı Zeynalabidin Tağıyev tərəfindən çıxarılacaqdı. Qəzet “Həyat” adını almışdı. Hüseynzadə iki il bu qəzetin baş redaktorluğunu etmişdi. Buradakı yazılanların ən önəmliləri “Türklər kimdir və kimlərdən ibarətdir”, “Bizə hansı elmlər lazımdır”, “Yazımız, dilimiz və birinci elimiz” idi”.
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadənin 1906-cı ildə Tiflisdə “Füyuzat” dərgisini çıxardıqdan sonra Qafqazda “İrşad”, “Tərəqqi”, “Həqiqət” qəzetlərində çalışdığını, hələ “Həyat” çap edilmədən öncə Hüseynzadənin Qafqaz türklərinin ideologiya və fikirlərini müdafiə etməklə rusca çıxan “Kaspi” qəzetinin baş redaktoru olduğunu bildirmişdir. “Hüseynzadənin “Həyat”da çıxan ilk yazıları Türkçülüyün müasirlik və islamlaşma ilə münasibətini elmi şəkildə irəli sürmüş ol-ması baxımından mühüm bir addım təşkil edir” fikrini irəli sürən Hilmi Ziya Ülkən onun mədəniyyət tariximizi və Avropa alimlərinin türklərlə bağlı araşdırmaları haqqında öyrənməyin zəruriliyi məsələsinə diqqəti yönəltdiyini göstərmişdir.
Əli bəy Hüseynzadə “Türklüklə iftixar etdiyi halda türkün kimlərdən ibarət olduğunu bilməyən nə qədər yazarımız var” fikrini bildirdikdən sonra yazmışdır ki, tarixdəki böyüklərimizə dair həqiqəti meydana çıxarmaq üçün öncə özümüzü tanımalıyıq. Aramızda özbəklərin, qırğızların, başqırdların türk olduğunu bilməyənlər var. Bunun üçün məsələ çox mühümdür. Bu məsələ ilə bu gün deyil, əsrlərlə məşğul olmaq lazımdır. Keçmişdə etinasızlıq edilmiş bir məsələni gələcəyə buraxmayıb indi araşdırmalıyıq.
Əli bəy Hüseynzadənin Türkçülüyə dair baxışları Ziya Gökalpa təsir etmişdir. Türkiyənin böyük yazarı Əli Canip Yöntem (1887-1967) “Ziya Gökalpa Türkçülüyü aşılayan adam” məqaləsində ona iki şəxsin təsir etdiyini bildirmişdir. Onlardan birincisi Abdullah Cevdət (1869-1932), ikincisi isə Əli bəy Hüseynzadədir. Əli Canip Yöntem Əli bəy Hüseynzadəni “həm alim, həm şair, həm də rəssam” kimi yad edərək yazmışdır ki, Selanikə gəldiyi zaman Qustav Le Bonu oxuyurdu. Ziya Gökalp da o zaman Berqson ilə, Dürkheym ilə məşğul olurdu. Ziya Gökalp Əli bəyə, “Dürkheymi al!... Qustav Le Bon sistemsiz bir adamdır. Filosof deyildir”, deyərdi. Əli bəy nəzakətən Dürkheymin bir əsərini gətirdir. Fəqət həmən oxumağa başlamır. Ziya Gökalp ikidə bir: “Bitirdinizmi?”, deyə soruşurdu. Bir gün Əli bəy: “Dürkheym böyük sosioloq amma, ifadəsi dadlı deyildir”, dedi. Bu sözdən sonra Ziya Gökalp: “Bizim Əli bəy, kitab oxumaqda da əhli-keyfdir. Üslub dadını almazsa, oxumaz”, deyə zarafat edərdi [4, 259-260].
Hilmi Ziya Ülkənin fikrincə, 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq fikri, 1911-ci ildə hərarətli tərəfdarlar tapdı. Ziya Gökalp “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını çap etdirdi.
Ziya Gökalp “ümumi türk millətinin vətəni haradır?” sualını belə cavablandırır:
Vətən nə Türkiyədir türk üçün nə Türkistan;
Vətən böyük və əbədi bir ölkədir: Turan [5, 171].
Əli Canip Yöntem bu beytdən bəhs edərkən Əli bəy Hüseyzadənin Ziya Gökalpa təsirini yada salaraq bildirmişdir ki, bu mənzumədəki ruhu Zya Gökalp, özünə Turan soyadı verən Əli bəy Hüseynzadədən almışdır. Əli Canip Yöntem “türklər üçün vətən Turandır” fikrini belə izah etmişdir: Türk millətinin yaşadığı ölkələr bu millətin mənəvi yurdudur. Bütün türk tarixi başdan-başa o ölkələrdən keçmişdir və orada yaşayanlar bizim öz irqdaşlarımızdır [4, 260]. Ziya Gökalp “Turan” sözünü bu cür açıqlayır: Turan, bütün türkləri bir araya toplayan və yadları isə oraya almayan ideoloji bir vətəndir. Turan türklərin yaşadığı, türkcənin danışıldığı bütün ölkələrin tamamıdır [5, 171].
Hilmi Ziya Ülkən yaradıcılığının ilk dövrlərində, yəni bədii əsərlər qələmə alarkən Əli bəy Hüseynzadə ilə məsləhətləşdiyini, onunla fikir mübadiləsində olduğunu bildirmişdir: “Anadolu nağıllarından “Tahirlə Zöhrə”ni mənzum pyes halında yazmışdım. “Dədə Qorqud” hekayələrindən Təpəgözü mənzum bir nağıl halında yazırdım. Sonra “Kərəm”i yazmağı düşünürdüm”.
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə etmişdir. Mütəfəkkir siyasi həyata dalmış olan Gökalpa yaxınlaşmanın çətin olduğunu bildirərək göstərmişdir: “Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan oldu. Bir gün Türk Ocağında (1920) bu baba və nəvə kimi məhrəm və isti, içimi açacaq bir böyük insan tapdığım üçün sevinc içində onunla danışdığım sırada yeni yazmağa hazırlandığım bir dramı, “Şahnamə”də keçən “Siyavuş” hekayəsinə aid dramı anladırdım. Siyavuş burada İranla Turan arasındakı mübarizədə vətən və insanlıq duyğularının çəkişməsinin qurbanı olur. Hələ nəzm və ya nəsrmi yazacağımı qərarlaşdırmamışdım. Bu bəhsin tam əhli olan Hüseynzadə Siyavuş hekayəsi üzərində ətraflı izahat verdi. Günlərcə bu mövzuda danışdıq. Mən yazdıqlarımı oxuyur, o tənqid edirdi. “Tahirlə Zöhrə” pyesini də atamın evində və onun Süleymaniyə Camisinə gedən küçədəki kirayə qaldığı evdə günlərcə dinlədi”. Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadə ilə söhbətlərinin ədəbiyyatdan ibarət olmayıb, fəlsəfə sahəsində də fikir mübadiləsində olduqlarını bildirmişdir [3, 6].
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadənin rusca, fransızca, almanca, ərəbcə və farscanı yaxşı bildiyini, ingiliscə, latınca və əski yu¬nancanı gimyaziyada təhsili zamanı öyrəndiyini qeyd etmişdir: Hüseynzadə rəssamlıqla məşğul olmuş və klassik rəsm anlayışına uy¬ğun olan bir çox yağlı boya ilə çəkdiyi tablosu vardı. Evinin bağçası bir botanika seriyası halında idi. Təbiət elmlərinə və təbiətə olan sevgisi nəzəri olaraq qalmazdı. Günlərinin bir qismini bağçada yetişdirdiyi çiçək və bitki seriyası içində keçirir, qonaqlarına bunları göstərir, hər biri haqqında latınca adları ilə ətraflı izahatlar verirdi. Elm və siyasət həyatında, Türkçülük idealında olduğu qədər ailə həyatında da misilsiz bir ata olmuşdur. Möhtərəm həyat yoldaşı Edhiyə xanım bu evin bir sevgi və sayqı yuvası olmasını təmin edən ən mühüm amil idi. İlk övladı və oğlu Səlim Turan atasından rəsm qabiliyyətini almışdı. Qızı Saidə Turan Lyon Universitetində fizika sahəsi üzrə oxumuşdu. Kiçik qızı Feyzaver Turan idi. Atasının rəssamlığı oğluna, tabiiyyətçi qabiliyyəti də qızına miras idi [3, 10].
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadənin Türkçülük sahəsində çalışmalarına daha çox zaman ayırdığı üçün onun bəzən həkim kimi fəaliyyətinin unudulduğunu bildirmişdir. Bununla bərabər tibbdə də ciddi çalışmaları vardı. Əli Turan 1931-ci ilə qədər Tibb Fakültəsində professor kimi fəaliyyət göstərmiş, həmin il təqaüdə çıxsa da, yenə 1933-cü ilə qədər fakültədəki dərslərinə davam etmişdir. Həyatının son illəri Adam Simitin “Millətlərin zənginliyi” adlı əsərinin tərcüməsi və Tibb lüğətinin hazırlanması ilə keçmişdir. 17 mart 1940-cı ildə Üsküdardakı evində vəfat etmiş, Səlimiyə Təkkəsi qarşısında Karacaahmet məzarlığında dəfn edilmişdir [3, 10].
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadənin Birinci Dünya Müharibəsinin sonunda hökumət tərəfindən Qafqaza göndərildiyini və Azərbaycanın yeni milli bir dövlət halında qurulmasına çalışdığını qeyd etmişdir. Bu dövrdə Azərbaycanın ictimai xadimi, yazıçı, Azərbaycandan Türkiyəyə səfir olaraq Yusif bəy Vəzir Çəmənzəminli (1887-1943) göndərilmişdi. Yusif bəy Vəzir İstanbul kitabxanalarındakı çalışmasıyla “Azərbaycan Türk ədəbiyyatı tarixi”ni yazmışdı. Türkiyəli alim Əli bəy Hüseynzadənin Yusif bəy Vəzir Çəmənzəminlinin “Azərbaycan Türk ədəbiyyatı tarixi” kitabının çapına yardım etdiyini göstərmişdir [1, 269].
Prof.Dr. Yavuz Akpınar “Türk Yurdu” dərgisində çapdan çıxan “Yusif Akçuranın Hüseynzadə Əli bəyə yazdığı məktublar” məqaləsində Yusif Akçuranın Əli bəy Hüseynzadəyə 9 məktubunu təqdim etmişdir. Yavuz Akpınar Yusif Akçuranın ikinci və üçüncü məktubları barəsində qeyd etmişdir ki, 1911-ci ilin sonuna doğru Əli bəy Hüseynzadənin “Qutadqu bilik” üzərində ciddi bir araşdırmaya başladığı anlaşılır. Bu əsəri tapması üçün İstanbula gedən Əziz bəyi Yusif Akçuranın yanına göndərməsi və Akçuranın da kitabı haradan, necə tapmasına dair açıqlamalarda olması, ünvan yazması bunu göstərir. Əli bəy Hüseynzadənin ümumi olaraq Türk kültürünə, dil və ədəbiyyatına eskidən bəri maraqlı olduğu məlumdur. Yusif Akçuranın 1904-cü ildə Misirdə “Türk” qəzetində dərc edilən “Üç Tarz-ı Siyasət” adlı yazısından sonra, 1905-ci ildə Bakıda “Həyat” qəzetində yazmış olduğu “Türklər kimdir, kimlərdən ibarətdir” adlı silsilə məqalələr, onun Türk tarixi və kültürü haqqındakı dərin biliyini ortaya qoyur. Bu iki fikir adamımızın Türk tarix və kimliyinə baxışlarını qarşılaşdırmaq, Türkçülük tarixi baxımından önəmli nəticələr meydana çıxara bilər [6, 7].
Türkiyəli alim Yılmaz Özkaya “Türk Yurdu” dərgisində dərc edilmiş “Əhməd Ağaoğlunun Hüseynzadə Əli bəyə məktubları” məqaləsində Əhməd bəyin yazdığı iki-si fransızca, ikisi 1922-ci ilə, beşi 1923-cü ilə, beşi 1931-ci ilə aid olan türkcə, ümumiyyətlə, on beş məktubunu təqdim etmişdir. Məktublardan məlum olur ki, Əhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə böyük ehtiramla yanaşmış, onun Türkçülük tarixindəki xidmətlərini yüksək qiymətləndirmişdir. Əhməd bəy Əli bəyə dost, qardaş kimi yanaşmışdır: “Sürəyya xanımı və Tazə xanımı sənə övlad kimi təhvil verirəm. Təhsillərini natamam buraxmamaq üçün İstanbula göndərmək məcburiyyətində qaldım və səndən başqa onları etimad edəcək yer tapmadığım üçün sənə və Ethiyə xanım əfəndiyə zəhmət vermək məcburiyyətində qaldım. Onları qəbul etmək kimi lütfündə olmanız məni və ailəmi şükranı ödənməyəcək qədər minnətdar etdi” [7, 16].
Əhməd bəy Ağaoğlu məktublarında insanda dəyərləndirdiyi xüsusiyyətləri ifadə edərək Əli bəy Hüseynzadəyə yazmışdır: “Artıq uşaqlar sənindir. Məni bilirsən. Mən insanda həsəb və nəsəbdən, elm və irfandan artıq əxlaqa, mətanətə qiymət verirəm. Mən türk qızlarının sərbəst olmalarını həyata qarışmalarını və bütün fəaliyyəti ictimaiyyədə iştirak etmələrini arzu edirəm. Qızlarımın da o yolda hazırlanmış olmalarını istəyirəm. Fəqət hürriyyət və sərbəstliyi yaramazlıq, intizamsızlıq şəklində qəbul etmirəm. Onun üçün qızlarımdan da təvazökar, iffət, ədəb və hörmət dairəsində sərbəst istəyirəm. Budur qar¬daşım! Mənim əməlim, artıq sən bilirsən. Hər cəhətdən onların atası sənsən. ... Buna görə Saidə, Feyzaver və Mehmet haqqında necə hərəkət edirsiniz onları da o surətlə qəbul edəcəksiniz” [7, 17].
Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə zəmanənin sərt sınaqlarından üzü ağ çıxdılar, həyatın çətinlikləri, aldıqları zərbələr onları bir-birlərini qardaş kimi istəyən bu iki dostu dəyişə bilmədi. Əhməd bəy ona müraciətlə yazırdı: “Əli bəy! Bu qədər illər keçdi, görürəm nə sən, nə də mən dəyişdik. Təbiətlərimizdəki bir çox təzadlara rəğmən bizi bir-birimizə yaxınlaşdıran söhbətlərimiz eyni ilə əbədidir. Sən o yüksək, heç bir zaman və həyatın heç bir zərbəsi ilə bulanmayan rahatlıq və sakitliyi mühafizə etdiyin kimi mən də içimdə daşıdığım hərarəti eyni ilə saxlamaqdayam. Sən mənə gülərsən, mən sənə qızarım, fəqət nəhayət ikimiz də eyni mahiyyətdə insanlar olduğumuzu anlar və yenə birlikdə gülərək, qızaraq, hərəkət edərik” [7, 20].
Türkiyənin ictimai xadimi və yazıçısı Səməd bəy Ağaoğlu (1909–1982) “Atamın yoldaşları” kitabında atası Əhməd bəy Ağaoğlunun dostlarından biri kimi adını yazmasa da, təqdim etdiyi faktların həmin adamın Əli bəy Hüseynzadə olduğunu göstərir. Səməd bəy Ağaoğlu onun atasının “bəyaz saqqallı, çəhrayı üzlü, gözəl gözlü, şair, rəssam, musiqişünas, filosof, qəzetçi, münəccim, professor, doktor qafqazlı” dostu olduğunu yazmışdır. Görkəmli yazıçı “bu iki insan, atamla o necə anlaşdılar?” sualını verdikdən sonra bildirmişdir ki, atam əsəbi, sərt, bir az tələskən idi, o biri yumuşaq, sakit, ağırdı. Bu yaradılış fərqinə rəğmən bərabər mücadilə qəzetləri çıxardılar, bərabər inqilab hərəkətlərinə girdilər, gizli cəmiyyətlər qurdular [8, 82-83].
Səməd bəy Ağaoğlu Əli bəy Hüseynzadənin Türk dünyasındakı fəaliyyətini, xidmətini belə qiymətləndirmişdir: “Dövrünün böyük mürşidinə “İslam ümmətindən, qərb mədəniyyətindən, Türk Millətindən olmaq” ideyasını o ilham etdi. Osmanlı İmperiyasının ümmət siyasətilə ayaqda durmayacağı anlaşılınca vicdanlarda bir vətən olaraq “Turan” yolunu o göstərdi. Xeyr, xeyr mübaliğə etmirəm; atamın bu dostu bütün bir dövrün həqiqətən gizli həyat mənbələrindən biri olmuşdur” [8, 82-83].
Beləliklə, böyük mütəfəkkir Əli bəy Hüseynzadə elmi-mədəni və ictimai fəaliyyəti ilə Türk dünyasında əzəmətli mövqe qazanmışdır.
ƏDƏBİYYAT
1. Ülken Hilmi Ziya. Türkiyede Çağdaş Düşünce Tarihi. İstanbul, 1994
2. Gökalp Ziya. Türkçülüğün Esasları. Hazırlayanlar: Mahir Ünlü, Yusuf Çotuksöken. İstanbul, 1987
3. Ülken Hilmi Ziya. Türkçülüğün ve Türk Sosyalizminin babası Ali Turan. “Yeni İnsan”. Aralık, 1969. Sayı: 84. http://www.huseyinzadealituran.com
4. Yöntem Ali Canip. Ziya Gökalp'e Türkçülüğü Aşılayan Adam. 26 Nisan 1962. Sayı:9. http://www.huseyinzadealituran.com
5. Gökalp Ziya. Kültür ve Medeniyyet. Türkleşmek, İslamlaşmak, Muasırlaşmak. Konya, 2010
6. Akpınar Yavuz. Yusuf Akçura’nın Hüseyinzade Ali Bey’e Yzdığı Mektuplar. “Türk Yurdu” dergisi. Cilt 31 (63). Sayı: 284 (645). Basıldığı Tarih: 01.04.2011. s. 3-13
7. Özkaya Yılmaz. Ahmet Ağaoğlu’nun Hüseyinzade Ali Bey’e Mektupları. “Türk Yurdu” dergisi. Cilt 31 (63). Sayı: 284 (645). Basıldığı Tarih: 01.04.2011. s. 14-25
8. Ağaoğlu Samet. Babamın Arkadaşları. İstanbul, Nebioğlu Yayınevi
Azərbaycan Milli Elmlər Akademiyası. Elm və həyat. Elmi-populyar jurnal. №1 (464). Bakı, 2018. səh. 49-53