22.01.2024, 15:37 - Baxış sayı: 81

“Məhəmməd Əmin Rəsulzadə İstiqalal məfkurəsindən Azərbaycan Cümhuriyyətinədək mübarizə yollarında” mövzusunda ümuminstitut seminarı keçirilib


“Məhəmməd Əmin Rəsulzadə İstiqalal məfkurəsindən Azərbaycan Cümhuriyyətinədək mübarizə yollarında” mövzusunda ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Məhəmməd Əmin Rəsulzadə İstiqalal məfkurəsindən Azərbaycan Cümhuriyyətinədək mübarizə yollarında” mövzusunda ümuminstitut seminarı keçirildi.
Seminarı f.e.d Füzuli Qurbanov giriş nitqi ilə açaraq bildirib ki, Azərbaycan Cümhuriyyətinin qurucularından olan görkəmli dövlət xadimi, böyük mütəffəkir, siyasətçi və publisist, milli istiqlal hərəkatının fəallarından biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ölkəmizdə olduğu kimi dünyanın bir çox ölkələrində qeyd edilir. Prezindent İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin yubleyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamı xatırladaraq, onun xalqımızın tarixi şəxsiyyətlərinin uca tutulmasına xüsusi diqqət göstərildiyini bildirmiş, Ümummilli lider Heydər Əliyevin də Məhəmməd Əmin Rəsulzadə irsinə böyük dəyər verdiyini diqqətə çatdırmışdır. Bunun nəticəsində son illər ərzində Azərbaycan cəmiyyətində Məhəmməd Əmin Rəsulzadə irsinə, şəxsiyyətinə, siyasi baxışlarına maraq daha da artaraq alimlər, tədqiqatçılar tərəfindən elmi araşdırmalar, qiymətli kitablar, məqalələr təqdim olunur. 23 aylıq fəaliyyəti dövründə Şərqdə “Məhəmməd Əmin Rəsulzadə İstiqalal məfkurəsindən Azərbaycan Cümhuriyyətinədək mübarizə yollarında” mövzusunda ümuminstitut seminarı keçirilibilk parlament respublikanın yaranması, bütün demokrativ normaların, söz azadlığının bərqərar olması və bu kimi görülən işlər Azərbaycan Cümhuriyyətinin dövründə əldə olunan böyük uğurlardandır.
Məhəmməd Əmin Rəsulzadə eyni zamanda pedaqoji fikir tarixində layiqli yer tutan nəzəriyyəçilərdəndir. Elmi baxışlarının kökündə millilik, müasirlik, xəlqilik duran Rəsulzadə bugünkü elm-təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-şəxsiyyət konsepsiyasını yaratmışdır. Onun yaratdığı bu ənənələr bu gündə davam etdirilir.
Sonra f.e.d., professor Rəfail Əhmədov “Məhəmməd Əmin Rəsulzadə İstiqalal məfkurəsindən Azərbaycan Cümhuriyyətinədək mübarizə yollarında” mövzusunda çıxış etmişdir.
Məruzədən sonra fəlsəfə üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, f.ü.f.d., dosent Radif Mustafayev, aparıcı elmi işçi, siy.e.ü.f.d. Zaur Əliyev, f.ü.f.d., dos. İradə Zərqanayeva, aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimov, direktorun elmi işlər üzrə müavini , tarix elmləri doktoru Eynulla Mədətli Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətindən, publisistikasında, Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi naliyyətlərdən danışdılar.