Milli ideyanın yeni dərki haqqında
İlham Məmmədzadə
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru,
fəlsəfə üzrə elmlər doktoru, professor
Məqalə çap edildiyi mənbə: "Respublika" qəzeti. 22 may 2018, №113(6146), səh. 6.
Müasir milli ideya və ideologiya, tarix necə olmalıdır, onlar təcrübə ilə nə dərəcədə və necə bağlıdır, onların dəlil, mülahizə və hökmlərini necə yoxlamaq lazımdır – bunlar xalq, etnos və millətlərin gələcəyinin, taleyinin qayğısına qalan adamları maraqlandıran məsələlərdəndir. Y.Habermas deyirdi ki, millət – ümumi taleyimizdir; bizim fikrimizcə, bəli, bu belədir, lakin dünya da bizim taleyimizdir. Onların praktik konteksti milli ideya və milli identikliyin yaranma və inkişaf tarixini təşkil edən bütün fenomenlərin təhlilindən ibarətdir. Azərbaycana gəldikdə isə, söhbət, əlbəttə, milli ideya və identiklikdən getməlidir. Akademik Ramiz Mehdiyev öz əsərlərində həmişə milli ideya və dünyanı, sabit gələcəyi bir-biri ilə əlaqələndirir.
Bu problemlər akademik Ramiz Mehdiyevin zaman etibarı ilə son kitabında mərkəzi yer tutur və əsərdə müəllif həmin suallara ancaq bu xassəli ola bilən fəlsəfi cavabını təklif edir. O, əmindir ki, həmin məsələlərin təhlilində "dəb”də olan siyasi doktrinaların təsiri altına düşmək olmaz və ancaq tarixin, mədəniyyətlər müxtəlifliyinin, milli dəyərlər sisteminin və milli-dövlət mənafeyinin fəlsəfi dərkinə əsaslanmaq lazımdır. O, həm də bu problemlərin tədqiqi üçün antropologiya problemlərinin əhəmiyyət daşıdığını, biopsixologiya, tarix və sosiometriya, gen bioligiyası və hətta təbabətə aid biliklərin zəruri olduğunu əsaslandırır.
Onun belə bir tezisi ilə razılaşmamaq olmaz: etnos və millətlərin necə dəyişdiyini dərk etmək üçün onları təbiətlə nəyin bağladığını, onların təşəkkülünün təbiətini, xarakterinin formalaşmasını və bu biliklərin millətin inkişafı üçün istifadə olunması imkanlarını aydınlaşdırmaq lazımdır. Akademikin yanaşmasının elmiliyi, mötəbərliliyi və obyektivliyi bu mövzular üçün təcavüzkar millətçilik və məhdud şovinizm kimi təhlükəli duzaqlardan qorunmağa imkan verir. Bunu qeyd etmək vacibdir, çünki Azərbaycan ideyası multikulturalizm, mədəniyyətlərin qarşılıqlı əlaqəsi, həmrəyliyi, varisliyi ideyalarına əsaslanır və xalqın, bütün ölkə vətəndaşlarının xeyri üçün öz icrasını tapır.
Bu problemlər XVIII- XIX əsrlərdə, bəzi ölkə və regionlarda isə daha gec aktuallaşıb. Azərbaycanda onlar, akademik Ramiz Mehdiyevin yazdığı kimi, XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində aktual olub. Onlar Azərbaycan maarifçilərinin əsərlərində səsləndirilmiş və müəyyən mənada Şərqdə ilk demokratik respublikanın bərqərar olacağını qabaqcadan əks etdirmişllər. Amma sovet dövründə, onun fikrincə, ideoloji və siyasi mülahizələrə görə, onlara diqqət göstərilməmişdir. Əlbəttə, milli ideya problemlərinin dərki ilə bağlı olan bütün hər bir şey, ilk növbədə, tarix fəlsəfəsinə, onun müxtəlif modifikasiya, dəyişiklik və aspektlərinə marağı aktuallaşdırır. Amma, hər şeydən əvvəl, onlarda milli ideyaya ən yeni, müasir marağın özünü göstərməsi üçün fənlərarası tədqiqatlar ideyası aktuallaşmalıdır.
Eyni zamanda, bu aktuallaşma o zaman baş verir ki, alimlər ictimai və humanitar elmlərdə qiymətləndirici mülahizələrin yoxlama sisteminə ehtiyac olduğunu anlamağa hazır olsunlar. Qeyd edək ki, indi məhz elə bir dövrdür ki, elmimizdə fənlərarası tədqiqatlarla bağlı olan hər bir şeyə davamlı maraq formalaşıb. Əlbəttə, maraqdan dərin ümumiləşdirmə və əsərlərə hələ gəlib çıxmaq lazımdır. Lakin bizim akademikin monumental əsəri ictimai elmlərdə müxtəlif fənlərdən olan məlumatların lazımi surətdə uyğunlaşdırılmasının, ayrı-ayrı fənlərə aid yalnız keyfiyyətli biliklərin tətbiq olunmasının ən gözəl nümunəsidir. Fəqət bu artıq metodoloji məsələdir, aktual problemdir və biz ona ayrı-ayrı məqalələr həsr etmişik, amma bir sıra məqalə və kitablar həsr etmək lazımdır. Yəni Ramiz Mehdiyevin bu əsərində fənlərarası tədqiqat aparılıb, eyni amanda onun kitabı fəlsəfə, tarix, mədəniyyət və s. sahələrdəki digər problemlər üzrə bu cür araşdırmaların aparılması metodikasını anlamağa kömək edə bilər.
Akademik, qeyd edir ki, "Azərbaycanın həm milli ideyaya, həm də milli ideologiyaya ehtiyacı vardır". Bubunla yanaşı, müəllif vurğulayır ki, müxtəlif dövrlərdə milli ideyanın məzmunu müxtəlif cür başa düşülür. O, hesab edir ki, müasir dövrdə bizə yeni milli ideya, xalqın və dövlətin həyat fəlsəfəsi lazımdır. Əlbəttə, onun yeniliyi dövlətin və millətin inkişafının yeni mərhələsini əks etdirməlidir, o yalnız öz keçmişinin dərki ilə deyil, həm də gələcəklə də bağlı, yeni çağırışlara cavab verməyə kömək edən olmallıdır. Ramiz Mehdiyev həmçinin xalqımızın öz ünsiyyət dilinə, tarixin ayrı-ayrı dövrlərində isə ünsiyyət dillərinə, müxtəlif dövlət tiplərinə, siyasi tarixinə malik nadir mədəni birlik kimi formalaşmasına keçmişdə kömək etmiş, keçmişdə də ümumi mənafeyi şəxsi və özəl mənafedən üstün saymış, Vətənə xidmət etmiş insanların irsinə diqqətlə yanaşmağı lazım hesab edir. Arademik minnətdarlıqla və alicənabcasına vurğulayır ki, onlar əməlləri ilə bizim üçün ölkə yaradıb qoymuşlar və onun gələcək taleyi yeni nəsillərdən asılı olacaq.
Qloballaşma, bütün xüsusiyyətlərinə, orijinallığına baxmayaraq birliyin necə inkişaf etdiyinə, onun identikliyinin necə formalaşdığına və ya dəyişdiyinə marağı aradan götürmür. İdentiklik bəzən çoxsaylı olur, amma bu, milli identikliyin əhəmiyyətini azaltmır. Əksinə, bu məsələlərin tədqiqinə, müxtəlif konsepsiyaların həqiqiliyi və ya mötəbərliliyinə maraq, tələbat artır. Ona görə də akademik Ramiz Mehdiyevin "Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası haqqında" əsəri filosoflar üçün yalnız milli ideyamızın, onun milli ideologiya ilə qarşılıqlı əlaqəsinin deyil, həm də müasirliyə uyğun deyə müasir tarixin necə olmalı, hansı elmlərlə əməkdaşlıq etməli olduğunu dərk etmək üçün "stolüstü kitab" oldu .
Bu, sadəcə olaraq xalqın tarixi deyil, həm də onun mədəniyyətinin, zaman və məkanda transformasiyasının, bu və ya digər dövrdə xalqın təfəkkürünü dəyişdirən, onun mədəniyyətində, dövlətçiliyin, elitaların başa düşülməsində dəyişiklik yaradan fenomenlər dərkinin tarixidir. Və eyni zamanda, eyni bir xalqın müxtəlif dövrlərini birləşdirən aspektləri fərqləndirmək bacarığıdır. Alimlər üçün olduqca çətin vəzifədir. Bu baxımdan, milli ideya və milli ideologiya eyni bir xalqın – hətta əgər onun özünə verdiyi ad müxtəlif səbəblərdən zaman ərzində dəyişirdisə də – müxtəlif dövrlərini müqayisə etmək üçün konseptual vasitədir. Həmin yanaşma, bu kitabda göstərildiyi kimi, eyni ad altında müxtəlif birliklərin gizlənə bildiyini müəyyənləşdirə bilər.
Kitab milli ideyanı necə təhlil etmək lazım olduğunu, onun müxtəlif xalqlarda nə qədər fərqli olduğunu və eyni zamanda nədə təkrarlandığını anlamağa kömək edir.
Bu əsərdə biz həm də tarix və mədəniyyət problemlərinin tədqiqində antropologiyadan olan məlumatların nə qədər dərindən istifadə olunduğu ilə rastlaşırıq və bu faydalanma o dərəcədə səhih və əsaslıdır ki, oxucu ictimai elmin müasir olmağa çalışdığı təqdirdə antropologiya, biologiya, sosiometriya və s. aid bilklərdən istifadə etməli olduğunu anlayır. Xalqların dəyərlər sistemi şüurla, ideyalarla bağlıdır, amma nədəsə onlar irəlicədən müəyyən olunmuşdur və bu qabaqcadan müəyyən olunmuşluğu aradan qaldırmaq üçün xüsusi nəhəng səylər göstərmək tələb olunur. Həmçinin aydın olur ki, etnogenez və nasiogenez arasında fərq vardır.
Bir çox etnoslar tariximiz boyu az və ya çox dərəcədə etnogenezimizdə iştirak etmişlər, amma nasiogenez Azərbaycan millətinin formalaşmasına gətirib çıxarmışdır. Millət və onun yaranması və təşəkkülündə iştirak etmiş etnoslar arasında münasibətlər geniş diapozonda – düşmənçilikdən müxtəlif formalı inteqrasiya birliklərinə qədər – ola bilər. Lakin nasiogenez, əlbəttə, bir çox tellərlə millətlə, dövlət suverenliyi, keyfiyyətli idarəetmə sistemi və zamanın çağırışlarına cavab vermək iqtidarında olan liderlərlə bağlıdır. Akademik Ramiz Mehdiyev sovet dövrü Azərbaycanının siyasi liderlərinin mənzərəsini verir və faktlarla o dövrdə əsl vətənpərvərlik, liderlik keyfiyyətlərini göstərməsinin onlar üçün nə qədər çətin olduğunu vurğulayır. Bu təhlildə o, maksimum obyektivlik və mötəbərlilik nümayiş etdirir.
Eyni zamanda, belə yanaşma ona artıq sovet dövründə xalqın qarşısında icrası cəmiyyəti daha layiqli gələcəyə aparıb çıxara biləcək vəzifələr qoymağa qadir əsl milli lider olmuş ümummilli liderimiz Heydər Əliyevin əzəmətini bizə göstərməyə kömək edir. Burada müəllif heyrətamiz uzaqgörənlik, birliyin inkişaf strategiyasını uzun bir dönəmdə qabaqcadan dərk etmək bacarığını göstərir. Ramiz Mehdiyev yazır ki, "Heydər Əliyevin hakimiyyətə gəlişi milli tariximizin dönüş nöqtəsi oldu...", ölkədə inkişafın keyfiyyətcə yeni mərhələsi başladı.
Bir çox tarixçilər, filosoflar etnogenez ilə nasiogenez arasındakı fərqləri görmürlər, lakin bu fərqləri görən, onları araşdıran, onların təbiətini və sosiallığını üzə çıxarmağa çalışanlar da az deyil. Akademik Ramiz Mehdiyevdir ədəbiyyatımızda onları ilk dəfə təhlil və elmi dövriyyəyə daxil edənlərin ön sırasındadır. Özü də o, kitab boyu digər xalqların etnogenezi və nasiogenezinə aid konkret materiallar gətirir və əslində, bu prosesin digər xalqlarda necə baş verdiyinin, müxtəlif etnosların millətə çevrilməsi yolunu necə keçdiyinin müqayisəli təhlili aparılır. O cümləgən, ermənilərin xasiyyətinin təhlilinə, onların etnogenezinin, bir qayda olaraq, başqa xalqların torpaqlarına, tarixinə, ideya konstruksiyalarına iddia edən identikliyinin necə formalaşdığının dərkinə böyük yer ayrılıb. Fəqət bizim üçün erməni milləti haqqında informasiya nə qədər vacib olsa da, müəllifin bir çox Avropa xalqlarının etnogenezinə aid bilikləri də çox dərindir. Həmişəki kimi, onun bu məsələ ilə bağlı ən yeni və geniş ədəbiyyatın ciddi təhlili alimllər üçün maraq kəsb edir.
Bununla yanaşı, bizcə, bu əsərdə fəlsəfi ədəbiyyatda ilk dəfə tarix və fəlsəfənin qarşılıqlı əlaqəsi çoxcəhətliliyinin azərbaycanlıların etnogenezi və nasiogenezi kontekstində nəzərdən keçirilməsi əhəmiyyət kəsb edir. Aydın olur ki, tarix və fəlsəfə, ideologiya çoxmənalıdır, lakin onların praktika ilə əlaqəsi bu və ya digər xalqın etnogenezi, milli ideya və ideologiyasının inkişaf mərhələlərinin dərki vasitəsi ilə həyata keçirilir. Onlar ya bu və ya digər cəmiyyətin inkişaf prosesini dəqiqləşdirməyə, ya da necə inkişaf etməyin, müxtəlif etnosların mənafelərini cəmiyyət daxilində, birliklər arasında və s. necə uzlaşdırmaq lazlm olduğunun dərkində problem yaratmaqla onu inkişafdan uzaqlaşdırmağa imkan verir. Bu barədə Fixte yaxşı deyib: insan zəkası və təbiət arasında nifaqın aradan qaldırılması üçün millət, milli mədəniyyət, ideyası, elm nəzəriyəsi tələb olunur.
Fikrimizcə, akademik Ramiz Mehdiyev öz tədqiqatının köməyi ilə tarix, ideologiya və identiklik arasında sıx, qırılmaz əlaqə olması ideyasını konseptual baxımdan bitkin şəklə sala bilib. Öz növbəsində, identiklik müəyyən məkan və zamanda baş verən mədəni qarşılıqlı təsirlərin, əlaqələrin nəticəsi kimi çıxış edir. Birliyin tip və formaları tarixən dəyişkəndir, lakin identikliyin milli ideyada ifadəsini tapan mənəvilik substratı qorunub saxlanılır. Tarix və milli ideologiya, tarix fəlsəfəsi xalqın tarixini fasiləsiz proses kimi müəyyənləşdirməyə imkan verən elmi alət olur.
O, təvazökarlıqla "...cəhd etdim..." yazır, əslində isə dünya tarixi və müasirlik kontekstində Azərbaycan milli ideyası məsələləri barədə fikirlərini açıqlayır. Özü də ki, bu, təkcə yanaşma deyil, həm də ölkənin bir çox elmi tədqiqat mərkəzləri üşün araşdırma vəzifələrinin dürüst ifadə edilməsidir. Akademik düzgün olaraq hesab edir ki, onlar dəyişən dünya şəraitində milli, siyasi və "digər" identikliklərin, eləcə də müstəqil dövlətçiliyin inkişafına kömək edəcək məsələlərin öyrənilməsi işində öz səylərini birləşdirməlidirlər.
Sonda qeyd edək ki, akademik Ramiz Mehdiyevin bu monumental əsəri müasir elmə sanballı töhfədir və təkcə bizim üçün maraq kəsb etmir. Eyni zamanda, aydındır ki, biz indi milli ideya və ideologiya ilə bağlı mövzulara yeni tərzdə yanaşmalıyıq, əvvəllər görülmüş işlərin bir çoxunu yenidən dərk etməliyik:
Birincisi, bu məsələlər üzrə nəzəri işlər gen tarixi, mədəni, fəlsəfi və tarixi antropologiyaya aid məlumatlar istifadə olunmaqla aparılmalıdır. İstoriyametrik, sosiometrik məlumatlardan daha çox istifadə etmək lazımdır. Alimlərimizin bəzi işlərində onlardam artıq istifadə olunur, amma belə məlumatlar və onlardan istifadə etməklə aparılan işlərin sayı daha çox olmalıdır;
İkincisi, dissipıinar araşdırmalar üzrə bölgünü saxlayaraq (onlar zəruridir), görünür, milli ideya, milli mədəniyyət, böyüməkdə olan nəslin vətənpərvərlik (milli, etik və estetik) tərbiyəsi problemləri üzrə müvəqqəti fənlərarası tədqiqatlar mərkəzləri yaratmaq lazımdır.
Üçüncüsü, Ramiz Mehdiyevin əsərlərində ifadə olunmuş müxtəlif problemlərin hərtərəfli araşdırılması məqsədi ilə müxtəlif sahələr üzrə alimlərin iştirakı ilə silsilə seminarlar keçirmək lazımdır. Bu seminarlara bizim intellektual və siyasi elitanın nümayəndələrini cəlb etmək yaxşı olardı;
Dördüncüsü, Azərbaycan milli ideyası multikulturaldır, tolerantdır, praktiki dialoq, əsasən bir çox hallarda kor-təbii dialoq fəlsəfəsinin üzərində qurulub. Əlbəttə, mədəniyyət və tariximiz öz türk kökləri, müasir türk dövlətləri ilə qarşılıqlı əlaqələri, islam mədəniyyəti və həmrəyliyi olmadan dərk edilə bilməz, amma yalnız onlarla izah olunmur. Sovet dövründəki inkişafımıza diqqətlə yanaşmaq lazımdır. Lakin bizim üçün Azərbaycan dövlətçiliyinin, Azərbaycan mədəniyyətinin suverenliyi əbədi prioritet olaraq qalacaq;
Beşincisi, tariximizin hər bir dövrü öz mənəviyyatına, öz təfəkkür tipinə malikdir, bəzən müxtəlif etnosların dominantlığına əsaslanır, lakin o, bizim milli ideyanın tərkib hissəsidir, ona görə də araşdırılmalı, bizim vahid mədəniyyət və tariximizin bir hissəsi olmalıdır;
Altıncı, əsərdəki ideya və məlumatlar əkstəbliğat işi üzrə mütəxəssislər tərəfindən daha geniş istifadə olunmalıdır.
Yeddincisi, kitab mütləq Azərbaycan, rus və ingilis dillərində böyük tirajla çap olunmalıdır.

(Akademik Ramiz Mehdiyevin "Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası haqqında" əsəri üzərində düşünərkən)