01.12.2023, 07:22 - Baxış sayı: 93

“Azərbaycandan dünyaya yayılan fəlsəfi ideyalar” mövzusunda elmi seminar keçirilib


“Azərbaycandan dünyaya yayılan fəlsəfi ideyalar” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Fəlsəfə və sosial elmlər kafedrası və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsi ilə birlikdə elmi seminar keçirilib.
Seminarda f.ü.f.d., Zaur Rəşidov “Azərbaycandan dünyaya yayılan fəlsəfi ideyalar” mövzusunda məruzə ilə çıxış edib. Zaur Rəşidov məruzəsində orta əsrlərdə Azərbaycan ərazisində formalaşan 3 əsas fəlsəfi cərəyan, işraqilik, hürufilik və xəlvətilikdən danışıb: “Şihabəddin Yəhya Sührəvərdi (1155-1191) tərəfindən əsası qoyulan işraqilik sinkretik mahiyyətə malik olmuş, İslam universumu əsasında Qədim yunan (Hermes ənənələri, Pifaqor, Empedokl, Platon və s.), Qədim İran və Hind hakimlərinin hikmətlərini bir yerə toplaya bilmişdir. Tanrını Nur, yəni öz zahirliyində gizli hesab edən bu təlim, Hüsaməddin Bitlisi (XVI), Həsən əl-Kürdi (XVII), İsmayıl Rusuhi Ankaravi (XVII), Məmməd Əmin Şirvani (XVII) kimi mütəfəkkirlər vasitəsi ilə Anadoluya da yayılmışdır. Məmməd Əmin Şirvani işraqiliyi “işraki elm, fəlsəfi elm cümləsindəndir” kimi təsnif etmişdir.
“Azərbaycandan dünyaya yayılan fəlsəfi ideyalar” mövzusunda elmi seminar keçirilibEləcə də, hürufilik də, Nəsimi və ondan təsirlənən Ərşi, Amiloğlu, Pənahi, Fəriştəoğlu, Misali, Mühiti, Virani kimi hürufi şairlərin səyləri nəticəsində Anadolu və Balkanlara qədər yayılmışdır. Eləcə də, hürufilər türk dilini hürufiliyin əsas dili də etmişdirlər. Amiloğlu yazır ki, “Farisidən Türkiyə döndü kəlam”. Osmalı coğrafiysında qəbul olunmayan bu ezoterik təriqət, Balkanlarda İslamın yayılmasında önəmli rol oynamışdır. Bədii formada yayılan ezoterik və mistik mahiyyətli hürufilik, Balkanların islamlaşmasında xüsusi rola malik oldu.
“Piri-sani” kimi tanınan Seyid Yəhya Bakuvi (1410-1462) tərəfindən sistemləşdirilən xəlvətilik təlimi, Teymurilər və Səfəvilərin təqibləri nəticəsində Anadoluya köç etməyə məcbur olmuşdur. İlk dönəmdə Osmanlılar Sünni təriqət olan xəlvətilikdən səfəvilərə qarşı sədd kimi istifadə etdilər. Anadolunun kütləvi şəkilədə şiələşməsində bu təriqətin nüfuzu və imkanlarından yararlandılar. Bu mücadilədə özünü doğrultmuş xəlvətilik, daha sonralar Balkanlardakı İslamın ortodokslaşmasında da xüsusi əhəmiyyət kəsb etdi. Osmalıda olduqca geniş yayılmış bu təriqət XVII əsrdə özünün yüksək inkişaf mərhələsinə çatdı. Tolerant mahiyyəti ilə seçilən xəlvətilik Bakıdan Balkanlara qədər olan geniş coğrafiyada yayıldı. Daha sonralar Şimali Afrikaya qədər genişlənə bildi. Seyid Yəhya Bakuviyə görə, “dillərimiz və rənglərimizin müxtəlifliyi Onun (Tanrının) qüdrətinə dəlildir”. Bu kimi insani fikirlərə əsaslanan xəlvətilik yayıldığı məkanlarda sevilə bildi”.
“Azərbaycandan dünyaya yayılan fəlsəfi ideyalar” mövzusunda elmi seminar keçirilib