27.11.2023, 08:59 - Baxış sayı: 536

“Türk Dövlətləri Birliyi Kontekstində Yaddaş və Mədəni İrsin Qorunması” mövzusunda simpozium keçirilib


“Türk Dövlətləri Birliyi Kontekstində Yaddaş və Mədəni İrsin Qorunması” mövzusunda simpozium keçirilib

Niderland krallığının Harlem şəhərində Azərbaycan və Türküstan Araşdırmalar Mərkəzinin (SOTA) və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu ilə birgə təşkilatçılığı “Türk Dövlətləri Birliyi Kontekstində Yaddaş və Mədəni İrsin Qorunması” mövzusunda simpozium keçirilib. Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun nəzdində yaradılmış Münaqişələrin həllində Dialoq və Tolerantlıq Mərkəzinin üzvləri YUNESKO-nun Azərbaycan Milli Komissiyasının dəstəyi ilə iştirak etmişdilər.
“Türk Dövlətləri Birliyi Kontekstində Yaddaş və Mədəni İrsin Qorunması” mövzusunda simpozium keçirilib
Simpoziumda açılış nitqi ilə Niderland Elmlər Akademiyasının keçmiş direktoru Andre Testa çıxış edib. Açılış çıxışlarından sonra simpozium iki paneldə keçirilib. Birinci paneldə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru prof. Dr. İlham Məmmədzadə, “Gələcəyin Cənubi Qafqaz prizmasından yaddaş və mədəni irs”, SOTA-nın direktoru Dr. Mehmet Tütüncü, “SOTA-nın 32 ilində mədəni irs araşdırmaları”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri dos. Dr. Zöhrə Əliyeva “Mədəni miras və dinlər arası dialoq” mövzusunda təqdimatlarla çıxış ediblər.
“Türk Dövlətləri Birliyi Kontekstində Yaddaş və Mədəni İrsin Qorunması” mövzusunda simpozium keçirilibİkinci paneldə SOTA baş direktor müavini Ömer Erdem, "Rəqəmsal araşdırmalar və mədəni İrs: Türk dünyası tarixi atlası və türk xanlığı şəcərələri”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi Dr.Samirə Dadaşova “Yaddaş fəlsəfəsinin inkişafı və süni intellekt”, filosof-tarixçi, dos. Zəfər Aydoğdu “Türk dünyasında fəlsəfənin inkişafı”, SOTA Elmi Şurasının üzvü Cem Adıyaman “Süni intellekt və mədəni irsin qorunması” mövzusunda çıxış ediblər. Tədbiri yekunlaşdıran Amsterdam Yunus Əmrə İnstitutunun direktoru Adil Akaltun simpoziumun türk dövlətləri arasında mədəni əməkdaşlığın yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini bildirib. Toplantının sonunda SOTA ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə iki qurumun birgə tədqiqat layihələri həyata keçirməsi, konfrans və konqreslərin təşkili, məlumat mübadiləsi kimi məsələləri əhatə edir.
Türkiyə dövlət televiziyasında və başqa kanallarda yayımlanmış bu simpozium türk dövlətləri arasında mədəni əməkdaşlığın inkişafı, ortaq mədəni irsin qorunması baxımından mühüm hadisə olub.
SOTA-nın direktoru Dr. Mehmet Tütüncü Azərbaycan dili və ədəbiyyatının tədqiqatı sahəsində dəyərli mənbə hesab edilə biləcək kitabları da AMEA Fəlsəfə və Sosiologiya İnstitutuna hədiyyə etmişdir.
“Türk Dövlətləri Birliyi Kontekstində Yaddaş və Mədəni İrsin Qorunması” mövzusunda simpozium keçirilib
“Türk Dövlətləri Birliyi Kontekstində Yaddaş və Mədəni İrsin Qorunması” mövzusunda simpozium keçirilib


cloud.mail.ru
haber.nl
AGREEMENT.pdf [3,22 Mb] (Yüklənib: 8)