20.11.2023, 07:15 - Baxış sayı: 263

Faiq Ələkbərli “Əhməd Ağaoğlu və Türk dünyası” adlı beynəlxalq elmi konfransda məruzə edib


Faiq Ələkbərli “Əhməd Ağaoğlu və Türk dünyası” adlı beynəlxalq elmi konfransda məruzə edibNoyabrın 16-da AMEA-nın Əsas binasında Akademiyanın Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq elmi konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli də iştirak edib. O, “Əhməd bəy Ağaoğlunun dünyagörüşündə əxlaqi-fəlsəfi problemlər və onun həll yolları” mövzusunda məruzə edib. F. Ələkbərlinin məruzəsi Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.