07.11.2023, 10:04 - Baxış sayı: 159

Fəlsəfə və Sosiologiya İnstitutunda doktorant və dissertantlar üçün mühazirələr keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda doktorant və dissertantlar üçün mühazirələr keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda doktorant və dissertantlar üçün mühazirələr keçirilir.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Müasir Azərbaycan fəlsəfəsi: çağırışlar və perspektivlər” mövzusunda mühazirə demişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunda doktorant və dissertantlar üçün mühazirələr keçirilibProfessor mühazirə zamanı fəlsəfə və elm, onların qarşılıqlı əlaqəsi problemi – müasirliyin ən əhəmiyyətli problemlərinə toxunub. Qeyd edib ki, bu problemə elmin – fundamental fəlsəfə prizmasından baxmaq olar. Fəlsəfə elmdir, lakin həm də təkcə elm deyildir. Bu səbəbdən də onu elmlə tam olaraq eyniləşdirmək olmaz.
Çünki, sosial-humanitar və təbii elmlərin fərqini görmək, mənalandırmaq tələb olunur. Onların qarşılıqlı əlaqəsi problemi çoxaspektlidir və öz-özlüyündə bir sıra suallara cavab tələb edir. Fəlsəfə və Sosiologiya İnstitutunda doktorant və dissertantlar üçün mühazirələr keçirilibMəsələn, fəlsəfə, ideologiya və elmin, elmlə əxlaqın, fəlsəfə, mədəniyyət və siyasətin qarşılıqlı əlaqələri necə gerçəkləşir və s. – deyə İlham Məmmədzadə vurğulayıb.
Sonda doktorant və dissertantlar onları maraqlandıran suallarla İlham Məmmədzadəyə müraciət etmiş və mövzu ətrafında diskussiya aparılmışdır.