06.11.2023, 07:59 - Baxış sayı: 235

AMEA-da “Zəfərdən-zəfərə: Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçirilib


AMEA-da “Zəfərdən-zəfərə: Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçirilib

Noyabrın 4-də AMEA-nın Rəyasət Heyəti və A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış qələbənin 3 illiyinə həsr olunmuş “Zəfərdən-zəfərə: Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi müəssisə və təşkilatların baş və icraçı direktorları, gənc alimlər, həmçinin AMEA-nın Vətən müharibəsində iştirak etmiş veteranları və KİV nümayəndələri iştirak ediblər.
AMEA-da “Zəfərdən-zəfərə: Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçirilibƏvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin təsdiq edilməsi münasibətilə ölkə başçısına Akademiyanın çoxminlik kollektivi adından dərin minnətdarlığını bildirib, bu Nizamnamənin AMEA-nın gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdiyini söyləyib. Qeyd edib ki, alimlərimiz dövlət başçısının böyük etimadını bundan sonra da doğruldacaq, ölkəmizin inkişafı, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dövlətinin elm sahəsində maraqlarının beynəlxalq müstəvidə qorunması naminə fəaliyyətlərini inamla davam etdirəcəklər.
Konfransın mövzusuna toxunan akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan xalqı, dövləti həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı ötən 3 il ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində zəfərdən-zəfərə doğru irəliləyib, hərbi və diplomatik müstəvidə tarixi qələbələr əldə edib.
Müstəqil və güclü Azərbaycanın lideri, Prezident İlham Əliyevin siyasi və diplomatik şücaəti və Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 30 illik işğala son qoyulduğunu deyən akademik İsa Həbibbəyli Şuşada Dövlət Bayrağımızın ucaldılması ilə Böyük Qələbənin tam təmin edildiyini söyləyib. Qeyd edib ki, “böyük Ermənistan”, “güclü erməni ordusu”, “keçilməz Ohanyan səddi” kimi ermənilərin illərlə uydurduğu mif, eləcə də ermənilərin və onların havadarlarının məkrli planları cəmi 44 günə Azərbaycan əsgərinin şücaəti ilə birdəfəlik darmadağın edildi. Həmçinin diqqətə çatdırıb ki, bu ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən və düşmənin tam təslimiyyətilə nəticələnən antiterror tədbirləri və oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Dövlət Bayrağımızın ucaldılması ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.
AMEA rəhbəri vurğulayıb ki, Vətən müharibəsində və antiterror tədbirləri zamanı qazanılmış Qələbə ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adı çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı.
AMEA-da “Zəfərdən-zəfərə: Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçirilibAzərbaycanın Prezident İlham Əliyevin liderliyində zəfərdən-zəfərə doğru irəliləməsinin təməlində Ulu Öndərin təməllərini atdığı güclü dövlət və ordu quruculuğunun dayandığını deyən AMEA rəhbəri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin daim qaçqın və məcburi köçkünlərlə görüşlərində bir gün elliklə Qarabağa qayıdacağımıza əminliyini ifadə etdiyini və onun vəsiyyətinin Ali Baş Komandan tərəfindən uğurla yerinə yetirildiyini söyləyib. Qeyd edib ki, ötən möhtəşəm 20 il ərzində Prezident İlham Əliyevin liderliyində formalaşdırılan güclü iqtisadiyyatın gətirdiyi gəlirlər sayəsində bu gün Azərbaycan dövləti Qarabağda Böyük Qayıdışı özünün daxili imkanları və gücü hesabına həyata keçirir.
Akademik İsa Həbibbəyli ölkəmizin Qarabağda atdığı addımların beynəlxalq müstəvidə də dəstəkləndiyini, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə Qazaxıstan, Özbəkistan prezidentlərinin, Macarıstanın Baş nazirinin Prezident İlham Əliyevi ərazi bütövlüyümüzün tam bərpa olunması münasibətilə təbrik etdiklərini söyləyib.
Akademik İsa Həbibbəyli Qarabağda həyata keçirilən Böyük Qayıdış və quruculuq proseslərində alimlərimizin də yaxından iştirak etdiklərini, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun işğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqatlar apardıqlarını, Tarix İnstitutunun 44 günlük Zəfərin tarixinə həsr olunmuş çoxcildlik əsərlər hazırladıqlarını, Dilçilik İnstitutu tərəfindən isə “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın çap olunduğunu söyləyib.
AMEA-da “Zəfərdən-zəfərə: Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçirilibSonra konfransda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun “Azərbaycan tarixinin İlham Əliyev epoxası”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin AMEA-da “Zəfərdən-zəfərə: Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçirilib“Qələbə və İlham Əliyevin liderlik fəlsəfəsi”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin “Vətən müharibəsində qələbəmiz və tarixi yaddaş”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyə Nəcəfovanın “Ədəbiyyatımızda Vətən müharibəsi: Zəfər sevincləri” və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın hərb tarixi elmi qrupunun rəhbəri, tarix elmləri doktoru, dosent Mehman Süleymanovun “Xalq, dövlət və ordunun tarixi Zəfəri” mövzusunda məruzələri dinlənilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirin sonunda Akademiyanın və alimlərimizin bundan sonra da dövlət başçısı tərəfindən qoyulan tapşırıqların və vəzifələrin öhdəsindən layiqincə gələcəyini, Azərbaycanın uğurlarını ölkəmizdə və beynəlxalq elmi sferada uğurla təbliğ edəcəyini, Qarabağda həyata keçirilən elmi-tədqiqat işlərində yaxından iştirak etməyə davam edəcəyini bildirib.