26.10.2023, 08:57 - Baxış sayı: 320

“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib


“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Qadınlar Şurasının “8 Noyabr Zəfər Günü“ mövzusunda tədbiri keçirilib. Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə açaraq bu günün əhəmiyyətindən, Zəfər gününün fəlsəfəsini, elmi-siyasi mahiyyətini şərh edib. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın regiona gətirdiyi yeni reallıqların fəlsəfəsinə toxunaraq Prezident İlham Əliyev və xalq birliyinin uğurlu nəticəsinin və Zəfər gününün müqayisəli təhlilini aparıb. Həmçinin, Vətən müharibəsində İnstitut alimlərinin gördüyü işlərə, bu müddət ərzində qazanılan nailiyyətlərə də toxunub. Daha sonra prezident İlham Əliyevin 44 günlük müharibə ərəfəsində apardığı hərbi, siyasi, diplomatik, informasiya sahəsindəki qələbəsindən, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütovlüyümüz uğrunda vuruşan əsgərlərimizin şücaətindən və qəhrəmanlıqlarından söz açaraq, şəhidlərimizə rəhmət, qazilərimizə can cağlığı diləyib.
Sonra “İslam fəlsəfəsi” şöbəsinin əməkdaşı, a.e.i., II Qarabağ müharibəsinin iştirakçısı Radif Mustafayev “Vətən müharibəsi qənimət ədəbiyyatında: Azərbaycan həqiqətlərinə baxış” mövzusunda çıxışından sonra, onun həyat yoluna həsr olunmuş İctimai televiziyanın hazırladığı qısa metrajlı film nümayiş olundu.
Tədbirdə “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin əməkdaşı, a.e.i., f.ü.f.d. I Qarabağ müharibəsinin iştirakçısı Fikrət Nəbiyev, II Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Respublikasının Qarabağ Qaziləri İctimai Birliyinin Xəzər rayonu üzrə sədri Məmmədov Tural Gülməmməd oğlu, “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, f.e.d Füzuli Qurbanov “Prezidentin 20 illik fəaliyyəti: Zəfər fəlsəfəsinin bir aspektinə dair”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin kiçik elmi işçisi Ceyran Hüseynli “Zəfər salnaməsinin şanlı 44 günü” mövzularında məruzə ilə çıxış etmişdilər.
Tədbirdə İnstitutun “Etika” şöbsinin elmi işçisi Qoşqar Bağırov, professor Rəfiqə Əzimova, f.ü.f.d., Əli İbrahimov və digərləri çıxış ediblər.
Sonda İnstitut rəhbərliyi tərəfindən Tural Məmmədov, Radif Mustafayev və Fikrət Nəbiyev Fəxri fəmanla təltif olundular.
Tədbirdə Eynulla Mədətli təqdimatında Ramiz Qusarçaylının “Qələm”, Əli İbrahimov Əhməd Cəmilin “Medal” və Ceyran Hüseynli “Gözün aydın, ey Vətən” şeirlərini səsləndirdilər.

“Qələm”

Düşməndən dərs yükü alıb,
Dərdinə daldığım Vətən…
Qarabağda “2” alıb,
Sinifdə qaldığım Vətən…
Oğul-oğul çiçəkləndi,
Şəhid-şəhid ləçəkləndi,
Xocalıda çilikləndi
Əlimdən saldığım Vətən…
Gedir, yad əldə can gedir,
Can-can Azərbaycan gedir,
Gör kimlərə qurban gedir
Bu qurban olduğum Vətən...

***
“Medal”

İgid oğlan danış bir az din bir az,
Vuruşubsan hansı eldə, obada,
De hansı qış hansı payız hansı yaz
De başına nələr gəlib davada
Uzaqlarda bəlkə dağlar dalında
Nişanlın var onu məndən danırsan
Belə dalğın belə susqun halında
Yoxsa olub keçənləri anırsan?
Sevimli qız! Heç bilmirəm nə sir var?
Səni görcək nitqim , dilim olur lal
Döyüşlərdən bu günə bir yadigar
Döşündəki bu medaldır bu medal.

***
Gözün aydın, ey Vətən

Ortadadır həqiqət
Yurdum azad nəhayət
Sevinəcək bu millət
Gözün aydın, ey Vətən.
Bu torpaqdan güc aldıq
Düşməni dərdə saldıq
Belə qələbə çaldıq

Millətim şən, əzimdir
Torpağımda izimdir
İndi zəfər bizimdir
Gözün aydın, ey Vətən.


“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib
“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib
“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib
“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib
“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib
“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib
“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib
“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib
“8 Noyabr Zəfər Günü “ mövzusunda tədbir keçirilib