23.10.2023, 07:48 - Baxış sayı: 413

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı f.ü.f.d., dos. İradə Zərqanayevanın “Milli ideologiya və Azərbaycanda qadına münasibətin fəlsəfi problemləri” kitabı nəşr olunmuşdur


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı  f.ü.f.d., dos. İradə Zərqanayevanın “Milli ideologiya və Azərbaycanda qadına münasibətin fəlsəfi problemləri” kitabı nəşr olunmuşdur

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı f.ü.f.d., dos. İradə Zərqanayevanın “Milli ideologiya və Azərbaycanda qadına münasibətin fəlsəfi problemləri” (Bakı: 2022, “Elm və Təhsil", 144 səh.) kitabı nəşr olunmuşdur. Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru Dilarə Müslümzadə, fəlsəfə üzrə fəlsəfə doktoru,dosent Anar Qafarov, fəlsəfə üzrə fəlsəfə doktoru Şəhla Musayevadır.
Kitabda Azərbaycançılıq ideologiyasının əsasları, məfkurənin siyasətə çevrilməsi prosesləri izlənir, mədəniyyət və ədəbiyyat nümunələri, dini baxışlar, milli-mənəvi dəyərlər, müasir qadınların həyat və fəaliyyətləri əsasında Azərbaycanda qadına münasibətin fəlsəfi problemləri tədqiq edilir. Din, qloballaşma, mədəniyyətlərin inteqrasiyası, gender proqramlarının tətbiqi şəraitində qadınlara münasibətin dəyişmə dinamikası araşdırılır. Müasir dünyada mədəni, siyasi, sosial-psixoloji durumun dəyişməsi proseslərinin qadın mənəviyyatı və sağlamlığında yaratdığı fəsadlar, qadın həssaslığı, onun hiss və həyacanlarının cəmiyyət üçün bir xəbərdarlıq olması və yetişən nəslin ruhi emosional durumuna təsirləri araşdırılır, problemlərin həlli istiqamətində fikir və mülahizələr irəli sürülür.
rad-Zrqan.-Milli-2022.pdf [4,89 Mb] (Yüklənib: 6)