Türk düşüncəsinin əzəmətli abidəsi
Aytək Zakirqızı (Məmmədova)
fəlsəfə doktoru
Bütün türklərin eyni dildə birləşə biləcəyini sübut edən arqument - “TƏRCÜMAN”
Türk dünyasının böyük dühası İsmayıl bəy Qaspıralı (1851-1914) mədəniyyət tarixində misilsiz xidmət göstərmişdir. Onun naşiri olduğu, XIX əsrin sonu–XX əsrin əvvəllərində çapdan çıxan “Tərcüman” qəzeti türk xalqlarının düşüncəsində əzəmətli yer tutur. Bu il aprel ayında “Tərcüman” qəzetinin 135 illiyidir.
“Tərcüman” qəzetini İsmayıl bəy Qaspıralının ən böyük əsəri ad¬landıran böyük mütəfəkkir Yusif bəy Akçura yazmışdır ki, “Tərcüman” qəzeti otuz ildir məsləyini, fikrini əsla dəyişdirmədən, fasiləsiz davam edir. “Tərcüman” hər nüsxəsində öz məsləyini belə ifadə edir: “Türk, Tatar, Azərbaycan, Kumuk, Noqay, Başqırd, Özbək, Sart, Tarança, Kaşğari, Türkmən və sair adlarla bilinən türk qövmlərinin cümləsi arasında yayılmış və məlum olan “Tərcüman”, müsəlmanlar arasında maarifin intişarına və İslam məktəblərinin islahına çalışır. Sadə və açıq hər kəs anlayacaq surətdə qələm işlədir”.
Türkiyənin görkəmli ictimai xadimi Ziya Gökalp Mirzə Fətəli Axundzadəni və İsmayıl bəy Qaspıralını Rusiyada yetişən iki böyük türkçü adlandırmışdır. Mirzə Fətəli Axundzadənin “Azəri Türkcəsində yazdığı özünəməxsus komediyalar, bütün Avropa dillərinə çevrilmişdir. Krımda “Tərcüman” qəzetini çıxaran İsmayıl bəy Qaspıralının Türkçülükdəki prinsipi “dildə, düşüncədə və işdə birlik” idi “Tərcüman” qəzetini şimal türkləri anladığı qədər şərq türkləriylə qərb türkləri də anlardı. Bütün türklərin eyni dildə birləşə biləcəyinə, bu qəzetin varlığı canlı bir arqumentdir”.
“Tərcüman” qəzeti bütün türk xalqlarının maariflənməsinə çalışmış, onların dilinin, mədəniyyətinin təbliğinə xidmət etmişdir. Yusif bəy Akçura “Böyük Türklük” nəzəriyyəsindən bəhs edərkən İsmayıl bəy Qaspıralının və “Tərcüman” qəzetinin rolunu yüksək dəyərləndirmişdir. Bu nəzəriyyəni gizli bir surətdə ilk əvvəl meydana çıxaran, əski Krım xanlarının bu günkü tərk olunmuş və unudul-muş, adətən dünyadan ayrı və uzaq kimi yaşayan kiçik paytaxtlarında, həftədə bir dəfə intişar edən balaca bir qəzet olmuşdur. Otuz il əvvəl Bağçasarayda çıxmağa başlayan bu kiçik qəzet, “Tərcüman”dır. “Tərcüman”ın baş redaktoru və naşiri isə Krım mirzələrindən İsmayıl bəy Qaspıralıdır. İsmayıl bəy, bütün türk aləmini göz önündə tutaraq, ona görə çalışdı. “Tərcüman”a görə, kazan tatarları, Orta Asiya sartları, tarançılar filan yoxdur. Bir dinə inanmış, bir dil ilə danışan türklər vardır. “Tərcüman” məhəlli türk ləhçələrinin üstündə ümumi bir türk dilinin öyrənilməsini tövsiyyə edir. İsmayıl bəyin, Türklüyə etdiyi böyük xidmətlərdən birincisi, heç şübhə yoxdur ki, milli ibtidai məktəblərin Rusiya türkləri arasında yayılması olmuşdur.
AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov “Tərcüman” qəzetinin nəşrinin ilk dövrlərində Rusiyanın türkdilli xalqlarının tərəqqisi, maarifçilik ideyaları və s. bu kimi məsələləri təbliğ etdiyi üçün rəğbət qazandığını qeyd etmişdir. Alim qəzetin müsəlmanlar arasında geniş yayıldığını, qəzetdə Azərbaycan haqqında yazıların müəlliflərinin əsasən M.Sidqi, Eynəli Sultan, Ə.Gəngərli, Firudin bəy Köçərli, Ömər Faiq olduğunu yazmışdır.
İsmayıl bəy Qaspıralının məşhur araşdırıcısı Sabri Arıkan “İsmayıl bəy Qaspıralıya görə “Dildə-Fikirdə-İşdə Birlik” nə üçün şərtdir” adlı yazısında onu gələcəyi çox yaxşı görmə qabiliyyətiylə, səbirli, çox ehtiyatlı məziyyətiylə “Tərcüman”ın bu dövrədə senzuraya toxunmadan çapını təmin etdirdiyini göstərmişdir. İsmayıl bəy Qaspıralı 1905-ci ildə, bəziləri buna islahat, bəziləri inqilab deyir, məşruti idarəyə keçişdən, bəzi hürriyyətlərin tanınmasından sonra, zəminin aşlığı saçmağa uyğun olduğunu görərək, yazılarında düşüncələrini, fikirlərini və hazırlanmasını istədiyi şeyləri daha açıq bir şəkildə yaymağa başlamışdır. O tarixə qədər rusca çıxardığı bir səhifəni də ixtisar edərək, bütün “Tərcüman”ı türkcə çap etdirmişdir. İsmayıl bəy Qaspıralı etmək istədiyini, ideallarının nə olduğunu, hansı hədəfə varmaq istədiyini yazılarında açıqca, dəfələrlə bildirmiş, israrla anlatmışdır.
Göründüyü kimi, İsmayıl bəy Qaspıralının dərc etdiyi “Tərcüman” qəzeti müasirləri tərəfindən yaxşı qarşılanmış və təbliğ edilmişdir. Bu ilk öncə onların da eyni amal, məqsəd uğurunda çalışmaları, türk xalqlarının düşüncə tarixində böyük xidmət göstərmələri ilə əlaqədardır.
Azərbaycanın ictimai xadimi, yazıçı, jurnalist Cəlil Məmmədquluzadə (1866-1932) də belə şəxsiyyətlərdəndir. Onun irsinin görkəmli araşdırıcısı, akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunmuş “Molla Nəsrəddin” jurnalında Azərbaycan xalqı ilə yanaşı, Qafqaz xalqlarının, Avropa və Şərq ölkələrinin həyatı, milli azadlıq mübarizəsinin əksini tapdığını qeyd etmişdir.
Cəlil Məmmədquluzadə 110 il öncə - 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında dərc edilmiş “Tərcüman” qəzetinin çapının 25 illiyi münasibətilə “Milli bayram” adlı məqaləsində bu münasibətlə “bir müsəlman qəzetinin faydalı və səmərəli bir yolda 25 il davam etməyi nəinki Rusiyada, bəlkə bütün dünyada əvvəlinci dəfə görülən bəxtiyarlıqlardan” olduğunu bildirmişdir. Görkəmli yazıçı göstərmişdir ki, mətbuat aləmində 25 il qələm çalan böyük yoldaşımız İsmayıl bəy Qaspıralı həqiqətən bəxtiyardır. İsmayıl bəy 25 il çalışıb min zəhmətlə əkdiyi toxumun meyvəsini fərəh və şadlıqla görür. İsmayıl bəyin millətimizə, insaniyyətə etdiyi böyük-böyük xidmətləri burada saymaq bizim üçün çox çətindir. İsmayıl bəy mahir həkim kimi millətimizin dirilməyini məktəbdə, maarifin nəşrində gördü: qüvvətinin ən çoxunu bu yolda sərf etdi. Üsuli-cədidəsini, üsuli-cədidə kitablarını Bağçasaraydan Çinə, Kazandan İrana qədər nəşr etdi.
XX əsrin əvvəllərində Türk xalqları arasında sözlər kimi terminlərin də ortaq olmasına, yəni bütün türklərin ortaq bir ədəbiyyat və elm dili olması məsələsi diqqət çəkir. Belə ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayında öz dillərində - türkcə, tatarca, özbəkcə, çovaşca, başqırdca, qazaxca və b. türk dillərində çıxış edən alimlər bir-birlərinin danışıqlarını başa düşürdülər. Bu dövrdə bütün türk xalqları bir-birlərinin dillərini anlayırdılar.
“Bir qövmü udmaq üçün parçalamaq lazımdır” mülahizəsini göstərən Ziya Gökalp milləti parçalamaq üçün də öncə onun dilini bölüb parçalamağın zəruri olduğunu, bunu edənlərin bəzilərinin bilərək, bəzilərinin isə bilmədən etdiklərini bildirmişdir: Türk dili, məhz bu yoldan parçalanmağa, birdən artıq ədəbiyyatlar yaranmağa başlandı. Bu durumun təhlükəsini duyan Qazi Rzaəddin və Musa Bigiyev əfəndilər kimi türkçülər yazılarını həmişə ümumi türkcədə yazmağa davam etdilər. Krımda çap edilən “Tərcüman” qəzeti də ənənəvi “fikirdə birlik, dildə birlik, işdə birlik” prinsipini sürdürür.
Sabri Arıkan İsmayıl bəy Qaspıralının hər birliyin təməli və böyük sərmayə kimi dil birliyi məsələsi üzərində geniş dayandığını göstərmişdir. Alim fikrini əsaslandırmaq üçün “Tərcüman” qəzetinin “Rusiya müsəlmanlarının tərəqqisi” adlı məqaləsini təqdim etmişdir: “Ümumi ədəbi dili olmayan millət, millət sayılmır. Türk övladlarından olan tarançe, sart, özbək, qırğız, qazax, kumuk, noqay, Azərbaycan və sair tayfalar türkcə danışdıqları halda, şivələri başqadır. Bir-birlərini çətinliklə anlarlar. Bu hal birləşməyə, birliyə, bilgilərin, elmlərin hər kəsə duyurulmasına, tərəqqiyə, ədəbiyyata, dostluğa və qaynaşmağa əngəldir.
Buna görə ən əvvəl və ən ziyadə hamımız üçün ehtiyac və lüzumlu olan, ümumi dil, ədəbi türkcə dildir. Buyurun, mərhəmət edin qardaşlar, buna ayrıca əzmlə çalışaq. Bu iş lap o qədər qalibiyyət deyilsə də, çarəsi tapılmaz və müşkil də deyildir. “Tərcüman” qəzeti Bağçasaraydan ta Kaşğara qədər oxunduğu, yəni anlaşıldığı, dillə birləşmənin mümkün olduğuna böyük dəlildir.
İyirmi beş ildən bəri əziz millətimə əldən gəldiyi qədər acizanə xidmət etdim. Bu sayədə ən böyük nişan, aldığım “Təşəbbüs və Sebat” medalıdır. Ömrümün qalan illərini, dil birliyinə fikir birliyinə və iş birliyinə fəda edəcəyəm”.
İsmayıl bəy Qaspıralının mədəniyyət tarixindəki fəaliyyətini yüksək qiymətləndirən Cəlil Məmmədquluzadə qeyd etmişdir: İndiyə qədər millətin ehtiyacını, gələcəyini haqqı ilə nəzərə alıb ciddi və səmərəli yolda çalışan, türk millətinin içində birinci dəfə İsmayıl bəy çıxdı. İsmayıl bəyin böyüklüyünü, xidmətini tarix və gələcək bizdən daha yaxşı tədbir edəcək və adını qızıl xətlə yazacaq, bizsiz də o uca mərtəbəsinə çatacaq.
Beləliklə, İsmayıl bəy Qaspıralı 135 il öncə dərc etdirməyə başladığı “Tərcüman” qəzeti türk xalqlarının maariflənməsində, düşüncəsinin yüksəlişində əvəzsiz xidmət göstərmiş, tarixdə özünəməxsus iz qoymuşdur.
“Kaspi” qəzeti, 3 aprel 2018-ci il, 057 (3432), səh. 15