20.09.2023, 08:52 - Baxış sayı: 377

“Azərbaycanda və Pakistanda sufizm: qarşılıqlı təsir və özəlliklər” mövzusunda Dəyirmi Masa keçirilib


“Azərbaycanda və Pakistanda sufizm: qarşılıqlı təsir və özəlliklər” mövzusunda Dəyirmi Masa keçirilib20 sentyabr 2023-cü il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Pakistan Ədəbiyyat Akademiyası və Lahor Universiteti ilə birlikdə “Azərbaycanda və Pakistanda sufizm: qarşılıqlı təsir və özəlliklər” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə “Azərbaycan fəlsəfi fikri və sufizm” mövzusunda çıxış edib. Professor məruzəsinə başlamazdan öncə İnstitut əməkdaşlarının Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərini dəstəklədiklərini bildirib.
İlham Məmmədzadə çıxışında qeyd edib ki, sufizm Azərbaycanda olduğu kimi Pakistanda da aparıcı mövqeyə malik olması mədəniyyətlərimizi yaxınlaşdıran ortaq dəyərin mövcudluğunu bir daha təsdiq edir. Xüsusilə, sufizmin Pakistan ədəbiyyatının və ictimai fikrin inkişafında oynadığı rol mədəniyyət və ortaq dəyərlərin qarşılıqlı inkişaf etdirilməsi prosesində və formalaşmasına zəmin yaradır.
“Azərbaycan-Pakistan tarixi-mədəni əlaqələrinə bir baxış” mövzusunda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli bildirib ki, Azərbaycan və Pakistan arasında olan çoxəsrlik qardaşlıq münasibətləri XX əsrin əvvəllərindən başlayaraq ictimai-siyasi-elmi-mədəni sahələrlə bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması çoxsahəli əlaqələrin daha da möhkəmlənməsini təmin edir. Bundan başqa, E.Mədətli Azərbaycan ədəbiyyatında şairlərimizin yaradıcılığında ortaq baxışlardan söz açaraq, dahilərimizin özünəməxsus üslubu ilə seçilən əsərlərində həyat fəlsəfəsi və sufizim baxışları, onlar arasında fərqli və ümumi cəhətlər və bu kimi digər məsələlərlə bağlı fikirlərini bölüşdü.
“Azərbaycanda və Pakistanda sufizm: qarşılıqlı təsir və özəlliklər” mövzusunda Dəyirmi Masa keçirilibAMEA-nın müxbir üzvü, “İslam Fəlsəfəsi” şöbəsinin müdiri Könül Bünyadzadə “Sufi düşüncəsinin Azərbaycanda və Pakistanda təzahürləri”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev “Sufi tədqiqatlarının özəllikləri və özəl bir sufi tədqiqatı haqqında”, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Şərq və Qərb: ideyaların bir-birini tamamlaması” (“East and West: Complementarity of ideas”), filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəli “Expression of Sufi Thout in The Works of Sultan Bahoo“ (Sultan Bahunun əsərlərində sufi düşüncələrinin ifadəsi) mövzusunda çıxış ediblər.
Dəyirmi Masa qarşılıqlı müzakirələr şəklində başa çatdı.
Qeyd edək ki, yaranmış terxniki problemə görə Pakistan alimləri onlayn şəkildə Dəyirmi Masada iştirak edə bilmədilər. Lakin həmin alimlərin məruzələri İnstitutun saytında yayınlanacaq. Məruzələrin adlarını təqdim edirk:
Pakistan Ədəbiyyat Akademiyasının fəxri professoru Yousuf Khushk “Transcending Borders: Sufi Traditions in Azerbaijan and Pakistan”. (“Azərbaycanda və Pakistanda sərhədləri aşan sufi ənənələri”), Lahor Hökumət Kollec Universitetinin Urdu dili departamentinin rəhbəri, professor Saima İram “Sufi thinkers of Pakistan “ (Pakistanın sufi mütəfəkkirləri), Lahor Hökumət Kolleçi Universitetinin urdu dili departamentinin elmi işçisi, PhD Almas Khanum “Karvan Saraye and Multan: A hidden treasure of Misteries in Sufism”(Karvansara və Multan:Sufizmin gizli sirr xəzinəsi.
“Azərbaycanda və Pakistanda sufizm: qarşılıqlı təsir və özəlliklər” mövzusunda Dəyirmi Masa keçirilib
“Azərbaycanda və Pakistanda sufizm: qarşılıqlı təsir və özəlliklər” mövzusunda Dəyirmi Masa keçirilib