09.06.2023, 10:43 - Baxış sayı: 155

Fəlsəfə və Sosiologiya İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyasının alimlərinin onlayn görüşü keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyasının alimlərinin onlayn görüşü keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutu Bolqarıstan Elmlər Akademiyasının İnstitutunun rəhbərliyi və elmi heyəti ilə birgə onlayn görüş keçirib. Görüşün məqsədi institutlar arasında əməkdaşlıq haqqında Memorandum çərçivəsində gələcəkdə birgə elmi fəaliyyətlərin müzakirəsi olub. Görüşdə prof. İ.Məmmədzadə və Bolqarıstan EA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru prof. E.Çengelova, həmçinin prof. B.Todorova, dos. A. Nakova. dos. S. Həsənova, dos. Z.Əliyeva, elmi işci S. Dadaşova, böyük elmi işçi Z. Rəşidov iştirak etmişlər. Professor İlham Məmmədzadə institutun elmi-tədqiqat işlərinin əsas istiqamətləri, kadr potensialı barədə iştirakçıları məlumatlandırıb, habelə elmi fəaliyyətin zənginləşməsində qarşılıqlı beynəlxalq əlaqələrin qurulmasının vacibliyini vurğulayıb. Professor sosioloji-fəlsəfi tədqiqatlarda metodoloji əsasların və onların tətbiqində yeni tendensiyaların öyrənilməsinin prioritetliyinə xüsusi diqqət yetirmişdir. Prof. E.Çengelova müasir Bolqarıstanda sosiologiya və fəlsəfənin ən aktual məsələlərini də diqqətə çatdırıb, Azərbaycan elmi ilə müasir elmi mövzuları müzakirə edib. Görüşdə bir sıra məsələlər müzakirə olunub: -süni intellektin fəlsəfəsi və fəlsəfə koqnitiv elmlərin bir aspekti kimi - fənlərarası tədqiqatın problemləri - gələcəyin fəlsəfəsi və fəlsəfəsinin gələcəyinin obrazı məsələsinə - sosiologiya fəlsəfəsi (sosiologiya və fəlsəfənin qarşılıqlı təsiri) - Azərbaycan və Bolqarıstanın fəlsəfə tarixi (fəlsəfə bu ölkələrdə necə yaranıb və bu gün necə inkişaf edir) - dini fəlsəfə və din fəlsəfəsinin müqayisəli təhlili (Azərbaycan və Bolqarıstanda İslam dininin tədqiqi).
Onlayn görüşün sonunda tərəflər fəlsəfə və sosiologiya sahəsində alim və mütəxəssislərin iştirakı ilə ümumi elmi istiqamətlərin müəyyən edilməsi, birgə tədqiqat fəaliyyətlərinin aparılması və layihələrin həyata keçirilməsi barədə qərar qəbul ediblər.
Fəlsəfə və Sosiologiya İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyasının alimlərinin onlayn görüşü keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyasının alimlərinin onlayn görüşü keçirilib