28.03.2018, 13:11 - Baxış sayı: 1277

Fəlsəfə İnstitutunda italiyalı tədqiqatçı ilə görüş keçirilib


Fəlsəfə İnstitutunda italiyalı tədqiqatçı ilə görüş keçirilib28 mart 2018-ci il tarixində AMEA Fəlsəfə İnstitutunda “Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının müəllifi, italyan tədqiqatçısı professor Mixail Talalayla görüş keçirilib.
Tədbiri açan Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qonaqları salamlayaraq, onları Azərbaycanda görməkdən məmnunluq duyduqlarını söyləyərək onlara Fəlsəfə İnstititunun fəaliyyəti və tarixi ilə yaxından tanış etdi.
Sonra uzun müddət bu mövzu ilə məşğul olan Fəlsəfə İnstitutunun əməkdaşı fəlsəfə üzrə fəlsəfə doktoru İlham Abbasov görüş barəsində iştirakçılara məlumat verdi. Onun sözlərinə görə, Azərbaycana təşrif buyuran qonaq əsasən İkincü Dünya müharibəsinin iştikaçısı olan və İtaliya partizanları ilə döyüşən azərbaycanlılarla maraqlanır və bu barədə tədqiqatlar aparır.
Qeyd edək ki, professor Mixail Talalay bu tədqiqatların nəticəsi olaraq“Qafqazdan Apininə qədər azərbaycanlıların İtaliya müqavimət hərəkatında iştirakı” adlı kitab yazıb. Kitabda İkinci Dünya Müharibəsinin iştirakçısı olan azərbaycanlıların italiyan partizanları ilə birlikdə faşistlərə qarşı birgə mübarizələrindən danışılır. Kitabda Mehdi Hüseynzadə, Məmməd Bağırov, Serafino ləqəbli Tahir İsayev və digər həmyerlilərimizin göstərdiyi qəhrəmanlıqlardan və İtaliya partizan hərəkatındakı fəaliyyətlərindən bəhs edilir.
Fəlsəfə İnstitutunda italiyalı tədqiqatçı ilə görüş keçirilib