13.03.2018, 16:28 - Baxış sayı: 1054

Prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu ilə bağlı tədbir keçirilib


Prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu ilə bağlı tədbir keçirilib13 mart 2018-ci il tarixdə YAP Yasamal Rayon Təşkilatının Fəlsəfə İnstitutunda ərazi təşkilatının yığıncağı kecirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, YAP Yasamal Rayon Təşkilatının məsləhətçiləri Ülviyyə Əliyeva və Aytəkin Əhmədova, YAP Ədəbiyyat İnstitutu Təşkilatının sədri, fil. ü.f.d. Xədicə İsgəndərli, YAP Coğrafiya İnstitutu Təşkilatının sədri coğrafiya.ü.f.d. Bibixanım İbrahimova və institutun partiya təşkilat üzvləri iştrak etmişlər.
İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, profesor İlham Məmmədzadə iştirakçıları salamlayaraq, Novruz bayramı münasibətilə təbriklərini catdırdı, qarşıdan gələn prezident seckilərində onlara öz işlərində uğurlar arzuladı.
Sonra söz YAP Fəlsəfə İnstitutu Təşkilatının sədri s.e.ü.f.d. Sənan Həsənova verildi. S. Həsənov partiya təşkilatının institutdakı fəaliyyəti barədə qısa məlumat verərək qarşıdan gələn prezident seçkilərində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışdı. Sülh və sabitliyin təminatçısı kimi Prezident İlham Əliyevin siyasi nüfuzunun və nailiyyətlərinin xalqımız üçün əhəmiyyətinə nəzər saldı.
Sonra gündəlikdəki məsələlər elan olundu və yetərsay olduğu ücün acıq səsvermə ilə iclas öz işinə başladı. İlk olaraq partiya sıralarına qəbul edilmiş 11 nəfər yeni üzvlərə partiya biletləri təqdim olundu.
Daha sonra yeni müraciət etmiş 10 nəfərin anket məlumatları və partiya sıralarına qəbul edilmək üçün zəmanət verilmiş üzvlər haaqqında məlumatlar iştirakcıların nəzərinə çatdırıldı. Onların partiya sıralarına qəbulu üçün açıq səsvermə kecirildi və yekdilliklə həmin şəxslər partiya sıralarına qəbul edildi. Yeni qəbul edilmiş üzvlərin adından h.e.d. prof. İsaxan Vəliyev qısa nitq söyləyərək partiya sıralarına qəbul üçün YAP Yasamal Rayon Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirdi, partiya sıralarında nümunəvi ictimai-siyasi fəaliyyət göstərməyi əsas olaraq önə çəkdi. Partiya üzvlərindən İnstitutun şöbə müdiri, fəl. e. d. Füzulu Qurbanov, e.i. fəl.ü.f.d. Məhəmməd Cəbrayılov, böy.e.i. f. ü.f.d. İradə Zərqanayeva cıxışlarında Azərbaycanın bugünkü uğrlu inkişaf strategiyasında YAP-nın roluna və partiyanın sədri Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kursun elmi təhlilinə dair fikirlərini əsaslandırdılar. İnstitutun Gənc Alimlər Şurasının sədri elmi işçi Tünzalə Musayeva ölkəmizin ictimi-siyasi həyatında gənc alimlərin rolunu və Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi diqqət və qayğını önə çəkdi.
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov nitqində partiya sıralarına yeni qəbul edilmiş və partiya vəsiqələri almış üzvləri təbrik etdi. Qarşıdan gələn Prezident seçkilərində partiya üzvlərimizin və bütövlükdə Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarına səs verəcəklərinə əminlik ifadə etdi.
Sənan Həsənov iclasa dəvəti qəbul etdikləri üçün Tağı Əhmədov və digər qonaqlara partiya üzvləri adından təşəkürünü bildirdi. Partiya üzvlərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın növbəti uğurlara doğru səylərini daha da gücləndirəcəklərinə inandığını söylədi. Bununla da iclasa yekun vuruldu.
Prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu ilə bağlı tədbir keçirilib
Prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu ilə bağlı tədbir keçirilib
Prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu ilə bağlı tədbir keçirilib