30.03.2023, 10:09 - Baxış sayı: 154

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi


31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildiAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. İlk öncə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqrımlar nəticəsində həyatını itirmiş, Vətənimizin ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxışında ermənilərin tarixən xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, soyqırımlarından danışıb: “31 Mart soyqrımı azərbaycanlılara qarşı ən amansız şəkildə həyata keçirilib. Bütün bunları tarix öz yaddaşında qoruyub saxlayaraq, tarixi yaddaşı heç vaxt unutmamağa sövq edir. Bu baxımdan bizlər öz elmi əsərlərimizdə, məqalələrimizdə bu məslələrə daha geniş toxunmalı və onu dünyanın nüfuzlu jurnallarında dərc etdirməliyik”.
Bütün dünya tarixin yaddaşından süzülüb gələn gerçək həqiqətləri Azərbaycan xalqına qarşı zaman-zaman apardıqları məqsədyönlü soyqırım siyasətinin dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində AMEA Fəlsəfə və Sosiologiya institutunun əməkdaşlarının da öhdəsinə böyük vəzifələr düşür – deyə, İlham Məmmədzadə qeyd edib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “31 mart siyasi hüquqi baxış”, f.ü.f.d., Fikrət Nəbiyev, kiçik elmi işçisi Ceyran Hüseynli “31 Mart – Azərbaycan xalqına qarşı tördilmiş qanlı cinayət”, f.e.d., professor Sakit Hüseynov, filologiya elmləri doktoru, dosent Afaq Əsədova və digər əməkdaşlar öz çıxışlarında tarixi faktlara istinad edərək ermənilərin ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımdan ətraflı bəhs etdilər.
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi