01.02.2023, 11:09 - Baxış sayı: 613

Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsində seminar keçirilib


Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsində seminar keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində 2 Fevral Gənclər Gününə həsr olunmuş seminar keçirilib. Seminarda şöbə əməkdaşları Lalə Mövsümova (sədr), Şahin Bağırov, Davud Həşimov, Təzəgül Qasımova, Oktay Rzayev, Sevinc Quliyeva, Nailə Əlicanova, Şəfa Əsgərova, Günay Cabarova iştirak etdilər.
Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. O daim Azərbaycanın gələcəyi haqqında düşünür, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Onun xalqımız üçün ən böyük xidmətlərindən biri məhz gənclərlə bağlı məsələlərin həmişə siyasətinin tərkib hissələrindən biri hesab etməsi idi və onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasına böyük önəm verirdi.
Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək edən fərman və sərəncamlar dövlət proqramları bu qəbildəndir. Bu gün ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsində seminar keçirilib