19.01.2023, 09:55 - Baxış sayı: 286

“Müasir düşüncələrdə 20 Yanvar faciəsi-milli yaddaş günü kimi” mövzusunda dəyirmi masa keçirilib


“Müasir düşüncələrdə 20 Yanvar faciəsi-milli yaddaş günü kimi” mövzusunda dəyirmi masa keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edildi. Bu münasibətlə İnstitutda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Müasir düşüncələrdə 20 Yanvar faciəsi-milli yaddaş günü kimi” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə institutun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnika və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanları - qocaları, gəncləri, qadınları və uşaqları qətlə yetirildiyini, bunun xalqımızın qan yaddaşında əbədi yaşayacağını bildirib.
“Müasir düşüncələrdə 20 Yanvar faciəsi-milli yaddaş günü kimi” mövzusunda dəyirmi masa keçirilibİlham Məmmədzadə onu da qeyd etdi ki, 20 Yanvar faciəsindən 33 il vaxt keçsə də biz o günü heç unutmadıq. 20 Yanvar Azərbaycan xalqının tarixinə milli birliyimizin və milli özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu hadisə Azərbaycan xalqının milli birliyi və həmrəyliyini təsdiqləyən ən mühüm hadisədir. Bu xalqımızın qəhrəmanlıq səlnaməsidir. Dövlətimiz və xalqımız var olduqca 20 Yanvarı unudulmayacaq.
Alimin fikrincə tariximizdə baş verən hadisələrin fəlsəfi mahiyyətini yetişməkdə olan gənc nəslə aşılamaq baxımından alimlərimiz bu yöndə tədiqatlarını daha da genişləndirməlidir.
Sonra İnstitutun əməkdaşları f.ü.f.d. Hüseyn İbrahimov, f.ü.f.d. Şölət Zeynalov, f.ü.f.d. Faiq Ələkbərli, f.ü.f.d., Anar Qafarov, f.e.d., professor Rəfail Əhmədov f.ü.f.d. Məhəmməd Cəbrayılov, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli və digər natiqlər çıxış edərək sovet imperiyasının törətdiyi bu qanlı cinayəti bəşəriyyətə, insanlığa qarşı yönəldilən terror aktı kimi səciyyələndirərək qeyd etmişlər ki, 1990-cı ilin qanlı yanvar faciəsi heç vaxt unudulmayacaq. Bu yolda canlarından keçən Şəhidlərimiz isə daim qəlblərdə yaşayacaq, hörmət və ehtiramla yad ediləcəklər.
“Müasir düşüncələrdə 20 Yanvar faciəsi-milli yaddaş günü kimi” mövzusunda dəyirmi masa keçirilib