01.12.2022, 08:53 - Baxış sayı: 195

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları “genderazerbaijan.com” portalının təqdimatında iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları “genderazerbaijan.com” portalının təqdimatında iştirak ediblərAzərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının icra etdiyi Yerli İnkişaf üçün Yaxşı İdarəetmə proqramı çərçivəsində “genderazerbaijan.com” rəsmi dövlət portalının təqdimatı keçirilmişdir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova, Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin nümayəndəsi xanım Zübeyda Oyan, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri üzrə komitəsinin sədri xanım Hicran Hüseynova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Karin Noerhan, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin CEDAW Komitəsinin sədr müavini Elgün Səfərov portal haqqında ətraflı məlumat vermişlər. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları dos.Rauf Məmmədov, f.f.d. Mahrux Nəcəfli, dos. Zeynəddin Şabanov, dos. Hüseyn İbrahimov təkliflərlə çıxış etmişlər.