Azərbaycanlı alim Əlcəzairdə keçirilən beynəlxalq konfransda çıxış edib

Zöhrə Əliyeva öz məruzəsində Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığından, o cümlədən Azərbaycan və İslam tarixində oynadığı əhəmiyyətli rolundan ətraflı şəkildə söhbət açıb. O, həmçinin Seyid Yəhya Bakuvinin sufi təriqətlərindən biri olan Xəlvətiliyin inkişaf etdirilməsi, onun prioritet istiqamətlərinin müəyyən edilməsi və uzaq Əlcəzairə qədər yayılmasında göstərdiyi xidmətlər haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Z.Əliyevanın məruzəsi əlcəzairli alimlər tərəfindən maraqla qarşılanıb və fikir mübadiləsi aparılıb.
Bundan əlavə, konfransda Azərbaycan-Əlcəzair iqtisadi, mədəni və siyasi əlaqələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasında iştirakı və s. mövzular müzakirəyə çıxarılıb.