28.11.2022, 05:56 - Baxış sayı: 173

Qloballaşan dünyada elitanın sosial-siyasi proseslərdə və idarəetmə sistemində rolu


Şahin Bağırov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi
işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


Qloballaşan müasir dünyada elitanın sosial-siyasi inkişaf prosesinə təsirinin tədqiq olunması xüsusilə aktualdır. Bu problemdəki zidddiyyətlər siyasi elitaların əvvəlcədən resurslara, strateji baxımdan mühüm qərarların qəbul olunmasında azadlığa malik olan və cəmiyyətə məqsədyönlü idarəetmə təsirini göstərməyi bacaran sosial subyektlər kimi fəaliyyəti ilə müəyyən edilir. Qeyd edək ki, siyasi elitaların tərkibinin və konfiqurasiyasının dəyişdirilməsi, elitar qruplar arasında münasibətlərin xarakteri, siyasi rəqabətin dərəcəsi, siyasi elitalar dövranının xarakteri, onların formalaşması və rekrutasiyası üsulları elitadaxili transformasiyanın öyrənilməsinin əsas aspektləridir. Əslində, qloballaşma şəraitində elita qruplarının tədqiqində onların qenezisinə və morfologiyasına marağın artması təsadüfi deyil. Çünki cəmiyyətdə onların rolu məhz cəmiyyətin sosial-iqtisadi strukturunda aparılan islahatlar zamanı artır. Siyasi elitaların da tədqiqinin aktuallığı həm də müasir Azərbaycanın siyasi həyatında onların fəaliyyətinin getdikcə artan rolu, eləcə də onların əlində yerli və regional səviyyələrdə ölkənin hakimiyyət və idarəetmə resurslarının davamlı şəkildə cəmləşməsi ilə bağlıdır. O cümlədən, siyasi elitaların qapalılıq dərəcəsi, onların formalaşma və fəaliyyət göstərmə prinsipləri cəmiyyətdə baş verən prosesləri izah etməyə kömək edəcək. Bu da bilavasitə, sosial - siyasi inkişaf prosesinə siyasi elitanın təsirinin öyrənilməsini mühüm amil kimi ortaya qoyur. Qeyd olunmalıdır ki, hazırda Azərbaycanın sosiomədəni məkanında regional səviyyədə mövcud olan yüksək statuslu qrupların tədqiq olunması siyasi rejimlərin, hakimiyyət institutlarının və siyasi elitaların dəyişilməsində, siyasi sistemlərin və vətəndaş cəmiyyətinin qarşılıqlı təsir proseslərinin mürəkkəbləşməsində biruzə verilən radikal transformasiya ilə bağlı problemlərin həlli üçün zəruri şərtdir. Çünki köhnə sosial gerçəkliyin dağıldığı və yenisi, daha müasiri yaradıldığı dövrdə qabaqcıl mövqelər elitaya məxsusdur. Bununla əlaqədar onun modernləşmə, ölkənin bütün iqtisadi, sosial, elmi-texniki, siyasi və dövlət strukturunun frontal reformasiya dövründə yeri və rolunun müəyyən edilməsi də zəruri şərtlərdən hesab olunur. Qeyd edək ki, elita üzvləri yüksək sosial status sayəsində, baş verən siyasi proseslərə təsir etməyə, cəmiyyətin inkişafının xarakterini və trayektoriyasını müəyyən etməyə, müxtəlif sosial strukturların maraqları arasında müvazinət saxlamaqla ictimai proseslərə sabitləşdirici təsir göstərməyi bacarırlar.
Qərbin sosial-siyasi elmində elitist yanaşma sosial təbəqələşmə nəzəriyyələri sırasında aparıcı yer tutur. Müasir elitist yanaşmanın digər müasir konsepsiyalarını özündə birləşdirən, elitanın tipologiyası və klassifikasiyası üçün lazım olan növlərini aşağıdakı kimi xarakterizə etmək olar:
‑ Elita və onun nümayəndələrinin xüsusiyyət və xarakteri;
‑ Elitanın tərkibində qarşılıqlı münasibət və birlik dərəcələri;
‑ Elitanın kütlələrlə münasibətinin metod və xarakteri;
‑ Elitanın cəmiyyətdə rolu;
‑ Elitanın iş metodu və yolları (formalaşması və təchizatı). (5, s.17).
Elita nəzəriyyələri bütövlükdə hakimiyyət və onun daşıyıcıları ilə bağlı siyasətə aid olduğundan onun təsnifatında ,,siyasi elita” və yaxud ,,elita” anlayışının işlənməsi fərqli anlam kəsb etmir. Digər tərəfdən, başqa elita nümayəndələri də dövlət siyasətinin ayrı-ayrı sferalarında fəaliyyətləri ilə bilavasitə, mövcud siyasi kursa xidmət nümayiş etdirirlər. Politologiyada elita öz fəaliyyətində yüksək indeksə malik insanlara aid edilir. ,,Elita” anlayışı ,,hakim yuxarılar”, ,,hakim təbəqə”, ,,hakim dairə” mənalarında başa düşülür. Əlbəttə, bu mənada söhbətin siyasi elitadan ‑ hakimiyyət daşıyıcısından getdiyi birmənalı şəkildə öz təsdiqini tapır. Lakin siyasi elita anlayışı hakimiyyət daşıyıcısılarına müxalif mövqedə duran, cəmiyyətdə cərəyan edən siyasi proseslərə ciddi təsir edə bilən bir sıra siyasi təsisat təmsilçilərinə də aid olunur. Odur ki, siyasi elitanın hakim elita ilə bərabər həm də kontrelita ilə (müxalif elita) birlikdə təşkil olunduğu başa düşülür. Bu, eyni zamanda cəmiyyətin siyasi sistemini təşkil edir. Həm də elita nəzəriyyələrinin özü də məhz siyasi sahədə təsnifləndirildiyindən politologiyada bu anlayış mühüm bir siyasi kateqoriya kimi qəbul olunur.
Elitaların öyrənilməsinə qərb politologiyasının və siyasi sosiologiyasının ,,əsas axını” adlandırılan cərəyanını təşkil edən, özlərinin pozitivist və obyektivist oriyentasiyasını, siyasi və ideoloji qərəzsizliyini vurğulayan politoloqların arasında maraq daha da artdı. Daha əvvəllər məhz bu cərəyanlardan elitalar nəzəriyyəsinin ən ciddi opponentləri çıxırdı, məhz bu dairələrdən elitistlərin ünvanına ən kəskin tənqidlər də gəlirdi. Beləliklə, vaxt ötdükcə elitalar probleminə münasibət elmi ictimayyətin bu hissəsində də dəyişməyə başladı. ,,Elita” anlayışı yenidən kifayət qədər geniş elmi dövriyyəyə girdi. O, sadəcə özünə qapanmış ,,qapalı” siyasi qruplaşmaları ifadə etməyi dayandıraraq, öz məzmununu bir qədər dəyişdirdi. İndi ,,elita" termini hər şeydən daha çox politologiyanın ,,siyasi rəhbərlik”, ,,qərarların qəbul olunması mərkəzləri”, ,,dövlət idarəçiliyinin mərkəzi həlqələri”, ,,siyasi sistemin idarə edən strukturları” kimi bir sıra anlayışlarının sosioloji ölçüləri üçün xidmət etməkdədir. Odur ki, son illər mətbuatda, elmi ədəbiyyatda çox tez-tez ,,elita” anlayışı və onun müxtəlif variantları ‑ ,,iqtisadi elita”, ,,biznes elita”, ,,siyasi elita” və s. işlənir (2, s.32).
Qeyd olunmalıdır ki, hələ lap qədimlərdən insanlıq iki təbəqəyə – “hökmranlıq edən qrup” və“kütləyə” bölünürdü. Klassik elitist nəzəriyyələrə görə, elitanın əlində xüsusi qabiliyyət və idarəetməyə xas olan siyasi hakimiyyət olmalıdır. Xalq kütlələrini isə elitistlər elitanın hər bir əmrini gözüyumulu şəkildə həyata keçirən kütlə kimi qiymətləndirirlər. Sözsüz ki, bu nəzəriyyələr istismarçı siniflərin özünəməxsus ideologiyasının ənənəvi baxışlarının nöqteyi - nəzərləridir. Əsrlər boyu elitizm «kütləvi cəmiyyət» haqqındakı təlim və nəzəriyyələr, burjua ideologiyası, kapitalist istismarının məhsulları, nəticələri kimi qiymətləndirilir vəşərh olunurdu. Bu barədə yüzlərləəsərlər, elmi - tədqiqat işləri araşdırılaraq təhlil edilib. Bu təhlillər sovet quruculuğu illərində SSRİ - də, habelə sosializm quruluşunu seçən kommunist ideologiyalı ölkələrdə, həmçinin Azərbaycanda, «bizim cəmiyyətə» yad bir təlim kimi çatdırılıb. Güya kommunizm quruluşunda belə nəzəriyyələr qeyri - mümkündür. Əslində bu problemlərin kökünü tarixin inkişafında bu təlim və nəzəriyyələrin təşəkkülündə axtarmaq lazımdır. Elitizm nəzəriyyələrinin yeni təlimlərinə tarixdə xalq kütlələri vəşəxsiyyətin roluna idealist baxışın sadəcə olaraq köhnə təkrarı kimi yanaşmaq düzgün olmazdı. Xalq kütlələri və elita tarixi prosesin bir-biri ilə qırılmaz əlaqələri olan iki qütbünü təşkil edir. Tarixin birlikdə cəmiyyəti təşkil edən böyük insan kütlələrinin hərəkətlərindən yarandığı məlumdur. Bu, bir-birini əvəz edən nəsillərin gördüyü işin nəticəsidir, burada öz cəhdləri, ümidləri və səyləri olan çoxsaylı insanlar iştirak edir. Lakin tarix təsadüfi bir proses deyildir, onu təkcə kütlələr deyil, həm də şəxsiyyətlər, xüsusilə tarixi hadisələrə öz fəaliyyətinin təsirini göstərən görkəmli elitar qruplar yaradırlar. Buna görə də bəşər tarixinin dərk edilməsi, bir tərəfdən, böyük insan kütlələrini, bütöv xalqları fəaliyyətə sövq edən qüvvələrin, digər tərəfdən, hadisələrə başçılıq edən elitanın həmin prosesə təsirinin xarakterini və dərəcəsini təhlil etməyi zərurət kimi ortaya çıxarır. Xalqla elitanın vəhdəti özünü onda göstərir ki, elita xalq ruhunun daşıyıcısı olsun. Xalq içərisindən çıxmış elita öz xalqına məhəbbət bəsləməli, xalqın əxlaqi idealına uyğun gəlməlidir.
Qeyd edək ki, xalqların tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, məişətini, adət- ənənələrini, ekologiyasını dərindən öyrənmədən ayrı- ayrı şəxsiyyətlər haqqında düzgün mühakimə yürütmək mümkün deyildir. Xalqların sosial- mənəvi və dini- əxlaqi sərvətlər sistemini dərindən öyrənməklə şəxsiyyət tipləri haqqında əsaslı şəkildə söhbət aparmaq olar. Ayrı-ayrı regionların və bölgələrin dərindən mənimsənilməsi həm tarixi proses haqqında, həm də xalq və şəxsiyyət, eləcə də elita haqqında bilikləri artırmaq mümkündür. Ayrı-ayrı dövlətlərin və dünya xalqlarının konkret tale və inkişaf yolları sivilizasiyaların parametrləri ilə müəyyən olunur. Xüsusilə qeyri- Avropa ənənələrindən söhbət gedərkən bunun təsiri daha da aydın hiss olunmaqdadır. Bəşər tarixinin tədqiqi bir daha sübut edir ki, onu insanlar yaradırlar, lakin özbaşına, öz istədiyi kimi deyil, kütlələrin, siniflərin və ayrı-ayrı şəxsiyyətlərin iradəsini və bütün tarixi fəaliyyətini şərtləndirən müəyyən tarixi şərait daxilində, obyektiv qanunlar üzrə yaradırlar. İnsanların tarixi fəaliyyətini son nəticədə müəyyən edən əsas- onların maddi və mənəvi həyatıdır. Maddi istehsalın inkişafı, istehsal üsulunun dəyişilməsi- ictimai quruluşun xarakterini və bir ictimai formasiyanın başqasını əvəz etməsini müəyyən edən əsas cəhətdir. Maddi istehsalın başlıca qüvvəsi və hərəkətvericisi isə xalq kütlələridir. Buna görə də cəmiyyətin tarixi hökmdarlar, çarlar, şahlar, fatehlərin və qanunvericilərin tarixi deyil, hər şeydən əvvəl, bütövlükdə İnsanlıq tarixidir. Deməli, tarixin əsil yaradıcısı xalqdır. Tarixən insanlar cəmiyyətin maddi həyatını istehsal və təkrar istehsal edir, istehsal alətlərini təkmilləşdirir, istehsal təcrübəsi toplayır və bununla da elmin, texnikanın, incəsənətin inkişafı üçün baza yaradırlar. Hətta insanların üzücü və əsarətli fiziki əməyə məhkum edilmiş olduqları, elmin, texnikanın və mədəniyyətin elita tərəfindən inhisara alınmış olduğu cəmiyyətlərdə istehsal texnologiyasının, əmək alətlərinin təkmilləşdirilməsinin mənbəyi istehsal edənlərin həyat təcrübəsi, daha dəqiq desək, istehsal təcrübəsi olmuşdur. Əslində bütün təkmilləşdirmə və ixtiralar «bütünlüklə və yalnız ictimai təcrübədən və müşahidələrdən meydana gəlir, bu təcrübə və müşahidələr isə, böyük miqyasda məcmu fəhlənin həyata keçirdiyi istehsal sayəsində mümkün olur və yaranır» (3, s.84).
Elitist təlimlərin müəllifləri müasir ictimai münasibətlərin daha elmi təhlillərini verməyə çalışaraq ən yeni arqumentlər axtarır və qəti şəkildə inandırmağa çalışırlar ki, yalnız elitizm və «kütləvi mədəniyyət» probleminin düzgün mövqeyini öyrəndikdən sonra zəmanəmizə xas olan dinamik hadisələrin, sülh və müharibələrin səbəblərini tapmaq olar.
«Dünyada heç vaxt əsil bərabərlik olmayacaq. İnsanların bir qismi rəhbərlik etmək üçün, çoxluq təşkil edən digər qismi isə tabeçilik altında yaşamağa təhkim olmuşdur. Bu isə elita və passiv kütlənin olmasını zəruriləşdirən ən mühüm şərtlərdir» – bu kiçik ifadə müasir ideologiyanın, mədəniyyətin müəyyən hissəsi haqqında irəli sürülən nəzəriyyənin xülasəsidir. «Elita», «kütləvi cəmiyyət» bu anlayışlar müasir sosioloqların, mədəniyyətşünasların əsərlərində təcəssüm tapan mövzulardır. «Elitizm» və «kütləvi cəmiyyət» mövzularına toxunaraq bu nəzəriyyəçilər bəşəriyyətin tarixi, strukturu və müasir cəmiyyətin sosial dinamikasını aydınlaşdırmağa cəhd göstərirlər. Amerikalı sosioloq U.Kornhauzer təsdiq edir ki, bu anlayışlar müasir mədəniyyətşünaslıq və sosioloji ədəbiyyatlarda əsas hadisələrdən birinə çevrilmişdir (17, s.122).
Antik dövrün görkəmli filosofu Aristotel ,,Siyasət” əsərində üç əsas suala cavab verməklə vəzifə tutmağın mahiyyətini açmağın mümkünlüyünü göstərirdi. Birinci, kim vəzifəyə təyin edir, ikinci, kimlərdən vəzifəyə təyin olunur, üçüncü, hansı cür təyin olunur (1, s.331).
Qeyd edək ki, dövlət vəzifəsinə təyin olunma mərkəzləşdirilmiş monarx idarəçilik formasının tətbiq olunduğu bütün dövrlərdə əsas üsul olmuşdur . Müasir dövrdə isə Konstitusiya, qanunlar və normativ aktlara uyğun olaraq təyin olunma geniş tətbiq olunmaqla bir neçə formada aparılır. Birinci, birbaşa təyin olunma; ikincisi, təyinolunma haqqında qərar başqa orqanlarla razılaşdırılmaqla qəbul edilir; üçüncüsü, təyin olunma haqqında bir orqanın təqdimatı-digər orqan tərəfindən baxılmaqla qərar qəbul edilir; dördüncüsü, təyin olunma haqqında qərar təsdiq üçün başqa orqana təqdim edilir, beşinci, təyin olunma haqqında bir orqanın təqdimatı başqa orqan tərəfindən təsdiq olunur, üçüncü orqan isə təyin olunma haqqında qərar qəbul edir (4, s.234). Bu və ya digər faktorlar cəmiyyətin elitarlığının əsasını yaradır. Qeyd edək ki, siyasi elitanın özü daxilən differensialdır. Birbaşa dövlət hakimiyyətinə malik idarəçilik - bu hakimiyyət elitasıdır. Bütün ölkə üçün vacib qərarlar verən müxalifət (kontrelita), orta, yəni ictimai fikrin barometri rolunu oynayanlar (əhalinin 5%-ni təşkil edir), inzibati - bu məmurlar, idarəçilər, bürokratiyaya daxil olanlardır, eləcə də partiyalarda müxtəlif siyasi elita, siniflər və b. Siyasi elitanın məhdudlaşdırılması, onlar arasındakı qarşılıqlı əlaqəni və təsiri inkar etmir.
Qeyd edək ki, qloballaşma prosesinin özündə də bilavasitə, cəmiyyətin elita qruplarının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Çünki elitanın səmərəliliyi cəmiyyətin inkişafının və onun dəyişmə perspekrivlərinin göstəricisidir. Odur ki, qloballaşma dövründə siyasi prosesin bir subyekti kimi ,,siyasi elita” anlayışını aşağıdakı kimi dəqiqləşdirmək mümkündür:
- Siyasi elitanın strukturlaşma meyarlarını açıqlamaq;
- Azərbaycan cəmiyyətinin demokratikləşməsi şəraitində siyasi elitanın sosial nümayəndəlik xüsusiyyətlərini meydana çıxarmaq;
-Qloballaşma şəraitində ölkənin siyasi elitasının rekrutlaşdırma mexanizmlərini müəyyən etmək;
-Siyasi elitanın fəaliyyətində spesifik xüsusiyyətləri, qloballaşma şəraitində onun səmərəliliyinin səviyyəsini müəyyən etmək.
Siyasi elitanın siyasi prosesin subyekti kimi anlayışını dəqiqləşdirsək, müəyyən edilər ki, o, cəmiyyəti idarə edən və ən açıq-aşkar ifadə olunan siyasi-idarəetmə keyfiyyətləri daşıyanları xarakterizə edir. Belə ki, elitaların səmərəlilik səviyyəsinin təhlil olunması üçün elitist yanaşmanı realizə etməyə imkan verən əsas yanaşmaları da bu yanaşmad müəyyənləşdirmək olar. Həmçinin, siyasi elitanın strukturlaşdırma meyarları da bütövlükdə, siyasi gerçəklikdə siyasi elitanın tipləri və formalarının yaranmasına gətirib çıxarır (14,s.73).
Qloballaşma şəraitində Azərbaycan Respublikasının regionlarının idarə edilməsində siyasi baxımdan yeni, müasirləşən milli elita rol alıb.. Onun funksiyalarını siyasi idarəetməni həyata keçirən liderlər yerinə yetirir və məhz onların fəaliyyətindən mərkəzlə regionlar arasındaki siyasi münasibətlərin necə qurulacağı, elitaların regiondaxili qarşılıqlı əlaqələrinin necə olacağı asılıdır.
Qeyd edək ki, qloballaşma prosesinin özündə də bilavasitə, cəmiyyətin elita qruplarının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Çünki elitanın səmərəliliyi cəmiyyətin inkişafının və onun dəyişmə perspekrivlərinin göstəricisidir. Odur ki, qloballaşma dövründə siyasi prosesin bir subyekti kimi ,,siyasi elita” anlayışını aşağıdakı kimi dəqiqləşdirək:
-Siyasi elitanın strukturlaşma meyarlarını açıqlamaq;
- Azərbaycan cəmiyyətinin demokratikləşməsi şəraitində siyasi elitanın sosial nümayəndəlik xüsusiyyətlərini meydana çıxarmaq;
-Qloballaşma şəraitində ölkənin siyasi elitasının rekrutlaşdırma mexanizmlərini müəyyən etmək;
-Siyasi elitanın fəaliyyətində spesifik xüsusiyyətləri, qloballaşma şəraitində onun səmərəliliyinin səviyyəsini müəyyən etmək (2, s.4).
Siyasi elitanın siyasi prosesin subyekti kimi anlayışını dəqiqləşdirsək, müəyyən edilər ki, o, cəmiyyəti idarə edən və ən açıq-aşkar ifadə olunan siyasi-idarəetmə keyfiyyətləri daşıyanları xarakterizə edir. Belə ki, elitaların səmərəlilik səviyyəsinin təhlil olunması üçün elitist yanaşmanı realizə etməyə imkan verən əsas yanaşmaları da bu yanaşmad müəyyənləşdirmək olar. Həmçinin, siyasi elitanın strukturlaşdırma meyarları da bütövlükdə, siyasi gerçəklikdə siyasi elitanın tipləri və formalarının yaranmasına gətirib çıxarır (11,s.73).
Həmçinin, qeyd etməliyik ki, sosial nümayəndəliyin xüsusiyyətləri siyasi elitanın demokratik tipinin mühüm şərti kimi çıxış edir və siyasi elitanın bu tipi hakim elitanın mövqeləşməsinin göstəricisidir.
Digər sferalara da nəzər yetirmək olar. Məsələn, ixtisas təhsil sisteminin əsas elita rekrutlaşdırma kanallarından biri kimi yaradılmasının, Azərbaycanda siyasi islahatın əsas şərtlərindən biri olan yeniləşmiş elitanın formalaşdırılmasının zəruri şərti olduğu müəyyən edilər.
Lakin belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycanın siyasi elitasının formalaşma prosesi hələ ki tam başa çatmayıb. O, lazımi nisbi mütəşəkkillik, bütövlük və birlik keyfiyyətlərinə malik deyil, bu da onun fəaliyyətinin bəzən səmərəsiz olmasına gətirib çıxarır.
Qeyd edək ki, sosial və psixoloji seçmə nəticəsində hər bir iri sosial və peşə qrupunda insanların onların sosial və peşə baxımdan yerinə yetirdikləri rolun keyfiyyətinə və səviyyəsinə görə differensisasiya olunur.
Elita yönəlişliklərin, davranış stereotipləri və normalarının yaxınlığı əsasında birləşmiş, şərik çıxdığı dəyərlərin (bəzən nisbi) ümumiliyinə malik olan sosial birlikdir. Bununla belə real və bəyanolunan davranış standartları xeyli fərqlənə bilər. Elitanın daxili birliyinin dərəcəsi onun sosial, etnik eyniliyindən, əsas elita rekrutlaşdırma modellərindən, üstünlük təşkil edən siyasi liderlik üslubundan asılıdır (9, s.25).
Siyasi elita daxilən möhkəm, cəmiyyətin kiçik bir hissəsini təşkil edən, mühüm strateji qərarları hazırlayan və qəbul edən və ya onların qəbul olunub-olunmamasına təsir edən subyekt kimi çıxış edən və bunun üçün lazımi resurs potensialına malik olan sosial kateqoriya kimi tərif olunub. Hakimiyyət resursları və dəyərlər sistemləri siyasi elitanın seçilməsi üçün əsas parametrlərdir və onlar, öz növbəsində, konkret tarixi, institutsional- mədəniyyət xüsusiyyətlərindən asılıdır (13,s.74).
Amerikalı politoloq R.Mills XX əsrin ortalarının ABŞ elitasını təhlil edərkən ona statuslar və strateji rollar qrupu kimi tərif vermişdir. O, bu qrupa ,,rəhbər vəzifə” tutanları daxil etmişdir. Onun fikrincə, elitanı dövlət rəhbərliyi, korporasiyalar və ordu təşkil edir (5,s.321).
Fransalı politoloq P.J.Şvarsenberq müasir elitanı qapalı kasta kimi tərif etmişdir.
XX əsrin ortalarında Yuqoslaviyalı sosioloq və siyasi xadim M.Cillas sovet tipli elitaların təbiətini meydana çıxarmağa cəhd göstərmişdir. Onun fikrincə, sosialist inqilabından sonra hakimiyyətə keçmiş inqilabçılardan və dövlət bürokratiyasından ibarət yeni siyasi sinif gəlib. Sinfin əsasını Kommunist partiyası təşkil edir. Yeni siyasi sinfin mahiyyəti Qərb ölkələrində olduğu kimi iqtisadi deyil, siyasidir. Qərb ölkələrində elita istehsal vasitəsi kimi çıxış edən mülkiyyətə sahib olduğu üçün hakimiyyətə malikdir. Öz növbəsində, bu sinif siyasi hakimiyyət üzərində inhisara malik olaraq milli mülkiyyəti özünə tabe edir. Lakin, bəzi müasir rus politoloqları elitanı siyasi inkişafın hərəkətverici qüvvəsi kimi nəzərdən keçirirlər.
Klassik elita nəzəriyyəçiləri Moska, Pareto və Mihels öz əsərlərində aydın şəkildə siyasi elitanı təsəvvür etmişlər. Onlar siyasi elitanın ümumi xüsusiyyətlərini, parametrlərini araşdırıb müasir elitar nəzəriyyələri arayıb qiymətləndirməyə imkan yaratmışlar (bu parametrlər aşağıda istifadə ediləcək).
Bunlaraaiddir:
1) elitanümayəndələrinəməxsusəlahiddəxüsusiyyətlər;
2) elitarqatıniçindəcərəyanedənmünasibətlərinmütəşəkkilliyivəhəmrəyliyindərəcəsi;
3) elitanın- elitaolmayanlar, kütləiləmünasibətləri;
4) rekrutivtləşmiş (cəlbedilmiş) elita, yəninecəvəkimlərdənyaranmış”
5) elitanıncəmiyyətdərolu (konstruktiv-əməlivəyaxuddekonstruktiv-qeyri-əməli), onunfunksiyalarıvəcəmiyyətətəsiri; (6,s.39-41)
II dünya müharibəsinədək elita nəzəriyyələri İtaliya, Almaniya və Fransada, müharibədən sonra isə ABŞ-da çox yayılmışdır. Bu nəzəriyyələrin əsas variantları bunlardır; ,,dəyərlər” (Orteqa i Qasset), ,,Makiavelliçi” (Bernhem), struktur-funksional nəzəriyyə (Keller). Elita nəzəriyyələrinin ümumi cəhətləri aşağıdakılardır:
-tarixi tərəqqinin inkarı (tarix elitanın müəyyən tiplərinin hökmüranlığı ilə səciyyələnən sosial tsikllərin məcmusu kimi götürülür);
-xalqın suverenliyi ideyasının romantiklərin utopik əfsanəsi kimi tənqid edilməsi, bərabərsizliyin ictimai həyatın təbii əsası sayılması;
-elitanın devrilməsinə yönəldilən sosial inqilablar həmin inqilabda iştirak edən kütlələrin gözlədiklərinə əks olan nəticələrə - bir elita ilə başqa, daha amansız elita ilə əvələnməsinə doğrü aparır, müstəbid və totalitar rejimlərə yol açır.
Elitaçılığın müddəası siyasi münasibətləri mütləqləşdirməkdir. Siyasi hakimiyyətə elə sosial münasibətlərin əsası kimi baxılır ki, burada hökmüranliq və tabeçilik münasibətlərini daha da mümkün edir. Elitaçılığın sosial kökləri antaqonist cəmiyyətin istismarçı azlığa və istismar olunan çoxluğa parçalanmasındadır. Elitarçılar tarixi inkişafın cəmiyyətdə məhsuldar qüvvələrin kifayət qədər inkişaf etməməsi ilə bağlı müəyyən mərhələsinə ümumi qanun, ,,insan təbiətinin” və mürəkkəb istehsalın texnaloji tələbləri kimi baxılır (7, s.251).
Əslində, elitologiyanın predmeti elitanın, onun tərkibinin, fəaliyyət göstərmə qanunlarının, hakimiyyətə gəlməsinin, sosial prosesdə rolunun, onun deqradasiya səbəblərinin və tarixi meydandan getməsinin tədqiq edilməsidir. Uzun müddət politoloqlar siyasi elita anlayışına qarşı çıxmışdılar. Qərb politoloqları isə siyasi plüralizim konsepsiyasının tərəfdarı olmuşlar. Onlar iddia edirlər ki, bu anlayış post-sənaye cəmiyyətinin siyasi sisteminin analizi üçün yol verilməzdir və bunu yalnız az təşkilatlanmış cəmiyyətlər üçün aid etmək olar. Ancaq buna baxmayaraq ,,elita” sosioloji və politoloji ədəbiyyatda möhkəmlənə bildi (18, s.47).
Cəmiyyətdə siyasi elitaların mövcudluğu bir sıra obyektiv meyllərin təsiri ilə şərtləşdirilir. Cəmiyyət bütün mürəkkəb təşkil olunmuş sistemlər kimi peşəkar idarəedici təsirə ehtiyac duyur, bu da əməyin idarəedənlərə və idarəolunlara bölgüsünü zəruri edir. Cəmiyyətə sosal biliklərə, səriştəyə və təcrübəyə malik olan, idarəetmə funksiyalarını yerinə yetirə bilən insanlar lazımdır. Bundan başqa, cəmiyyətdə siyasi bərabərsizlik müxtəlif sosial qrup və əlillərə siyasətlə məğul olmaq üçün müxtəlif imkanlar yaradan psixi, sosial və digər şəraitlərin qeyri-bərabər olmasının nəticəsidir. Onu da nəzərə almaq lazımdır ki, idarəetmə əməyi cəmiyyətdə yüksək qiymətləndirilir və stimullaşdırılır, hakimiyyətə yaxınlıq isə fərdi tələbatların realizə olunması üçün geniş imkanlar yaradır. Bu hal bir çox insanı hakimiyyət struktirlarına can atmağa vadar edir. Nəhayət, siyasi elitanın mövcudluğu geniş əhali təbəqələrinin passivliyi ilə şərtləşdirilir, çünki sonuncular öz gündəlik problemlərini həll etməklə məşğul olaraq siyasətdən uzaq olmağı üstün tutur.

ƏDƏBİYYAT:

Azərbaycan dilində
1. Aristotel. Siyasət. Böyük etika. Bakı, XXl YNE, 2006, 432 s.
2.5.Bağırov Ş.X. Elitanın sosial nümayəndəliyi. /Fəlsəfə. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2010, №1 (14), s.94-98.
3. Mehdiyev R.Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq Bakı: Şərq-Qərb, 2009, 180 s.
4. Rzayev Ə.H. Dövlət qulluğunun hüquqi əsasları. Bakı, Elm, 2011, 479 s.


Rus dilində
5. Плосконосова В.П. Правящая элита и общество: концептуальные основы анализа / Сиб. гос. автомоб.-дор. акад. (СИБАДИ). Омск, 2001.- 118 с.
6. Ортега-и-Гассет X.Восстание масс // Вопросы философии. 1989. - № 3.- С. 117-154; Продолж.: №4.-С.114-155.
7.Миллс Ч.Р. Властвующая элита. М.: Издательство иностранной литературы, 1959. -543 с.
8. Соловьев А.И. Специфика поведения российских элит в переходный период // Политические исследования. 1999. №3. С.39-41.
9. Тарусина И.Г. Элитисты и плюралисты в современной политической теории // Полис. 1997. - № 4. - С. 148-153.
10. Афонин В. А., Афонин Ю. В. Теория и история культуры. Учебное пособие для самостоятельной работы студентов. – Луганск: Элтон-2, 2008. – 296 с.
11. Культурология в вопросах и ответах. Методическое пособие для подготовки к зачетам и экзаменам по курсу «Украинская и зарубежная культура» для студентов всех специальностей и форм обучения. / Отв. РедакторРагозинН. П. – Донецк, 2008, — 170 с.
12. Дука А. В. Власть между традиционностью и современностью (элиты российской периферии) // Власть и элиты. 2014. Т. 1. С. 399–436.
13. Магомедов А. К. Политическая элита и политическая идеология. Региональные элиты и региональный политический вызов в посткоммунистической России // Известия Саратовского университета. Новая серия. Серия Социология. Политология. 2011. Т. 11, № 2. С. 61–71.
14. Мартьянов В. С. Дискурс будущего уральских мегаполисов: к стратегии глобального города // Дискурс-Пи. 2013. № 1–2. С. 15–22.
15. Михайленко Е. Б., Вербицкая Т. В. Роль институтов парадипломатии в регионализации Свердловской области // Дискурс-Пи. 2018. № 1. С. 57–64. DOI:10.17506/dipi.2018.30.1.5764.
İngilisdilində
16. Tishkina, E. I. (2012). Elitism and Masses as Phenomena of Cultural Existence: PhD
Thesis.Yekaterinburg. (In Russian)
17. Flier, A.Ya. (2011). Elite, popular and mass culture: dialogue on the scaffold. Cultural
Observatory, (1), 26-29 .Retrieved from https://rucont.ru/efd/447905. (In Rus-
sian)
18. Flière, A.Ya. (2000). Social foundations of mass culture. In Cultural Studies for Cultur-
al Scientists (pp. 370-391). Moscow: Academic Project. (InRussian)