24.11.2022, 10:14 - Baxış sayı: 193

Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli Şuşa Simpoziumunda iştirak edib


Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli Şuşa Simpoziumunda iştirak edibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli 22 noyabr 2022-ci il tarixində Şuşa şəhərində keçirilən “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi üzrə IV Beynəlxalq Şuşa Simpoziumunda, plenar iclasda “Pənah Əli xanın şəxsiyyəti və fəaliyyəti İran tarixçilərinin dəyərləndirməsində” mövzusunda məruzə etmişdir. Xarici ölkələrdən olan tarixçi, memar və antropoloqların da iştirak etdiyi Simpoziumda AMEA institutlarından və elmi müəssisələrindən, digər ali məktəblərdən tədqiqatçılar iştirak və çıxış etmişlər. Səfərin və Simpoziumun təşkilatçısı, “MİRAS”- Mədəni İrsin Öyrənilməsinə Dəstək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli iştirakçılara və məruzəçilərə minnətdarlığını bildirmişdir.
Məruzə və çıxışlarda Şuşada olmaq xoşbəxtliyini xalqımıza bəxş edən xilaskar Prezident və Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Ordumuza minnətdarlıq ifadə edilmiş, aparılan geniş miqyaslı quruculuq işləri məmnunluqla vurğulanmışdır.
Simpoziumdan sonra qonaqlar Şuşanın tarixi abidələri və görməli yerləri ilə tanış olmuşlar.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli Şuşa Simpoziumunda iştirak edib