11.11.2022, 05:19 - Baxış sayı: 327

"Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il" mövzusunda tədbir keçirilib


"Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il" mövzusunda tədbir keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun və YAP Yasamal rayon Təşkilatının İnstitut üzrə Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqilliyin tarixi fəlsəfəsi” mövzusunda silsilə tədbirlərin davamı olaraq 10 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş, “Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il” mövzusunda tədbir keçirilib. Tədbirə YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın məsləhətcisi Aytəkin Əhmədova, Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri və ərazi təşkilatının üzvləri qatılmışlar. Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmiş, daha sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilmişdir. Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirildikdən sonra "Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il" mövzusunda tədbir keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə giriş nitqi soyləmiş, ideologiya və elmin vəhdətinin yeni reallıqlarda dərki prosesini şərh etmişdir. Sonra YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək partiyanın keçdiyi 30 illik yola nəzər salmış, ulu öndər Heydər Əliyevin ideyalarından güc alan və Azərbaycanı qələbələrə çatdıran mütərəqqi ideyaların Prezident İlham Əliyevin müdrik siyasəti və liderlik məharəti ilə tam vəhdət təşkil etdiyini şərh etmişdir.
İnstitutun icraçı direktoru, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaranma şəraiti, mövcud siyasi vəziyyət və ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasına dair fikirlərini bildirdi. Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru, şöbə müdiri Füzuli Qurbanov, hüquq elmlər doktoru, professor İsaxan Vəliyev, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işci Hüseyn İbrahimov, elmi işci partiya fəalı Vüsalə Gülmalıyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqillik tariximizdəki müstəsna rolunu və ulu öndər Heydər Əliyevin ideyalarının qüdrətli Azərbaycanın tarixi taleyində avanqard rola malik olmasını şərh etdilər.
"Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il" mövzusunda tədbir keçirilibYeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının İnstitut üzrə ərazi təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov YAP –nın mütərəqqi ideyaları ilə Azərbaycanın gələcək hədəflərə uğurla addımladığını, ərazi təşkilatının ziyalılarının Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərinə əminliyini ifadə etdi.
Tədbirin sonunda partiya fəallarından fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Fikrət Nəbiyev və fəlsəfə üzrə fəlsəfə doktoru Hüsyen İbrahimov Fəxri Fərmanla təltif edildlər.
"Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il" mövzusunda tədbir keçirilib
"Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il" mövzusunda tədbir keçirilib
"Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il" mövzusunda tədbir keçirilib
"Azərbaycan mütərəqqi ideyaların işığında - 30 il" mövzusunda tədbir keçirilib