10.11.2022, 07:18 - Baxış sayı: 223

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Şəhid Əvəz Paşayevə həsr olunmuş tədbirdə iştirak ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Şəhid Əvəz Paşayevə həsr olunmuş tədbirdə iştirak ediblərAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qarabağ müharibəsi iştirakçısı Fikrət Nəbiyev Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 12 saylı filialinin və Şəhid Əvəz Paşayev adına Mədəniyyət Evinin rəhbərliyi ilə birgə Şəhid Əvəz Paşayevin abidəsini ziyarət etmiş, gül dəstələri qoymuş və şəhidin əziz xatirəsi yad edilmişdir. Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyətinə dair fikir mübadiləsi aparılmışdır. Ziyarətdə İnstitutun alimləri, qazilər və şəhid ailələri ilə xalqımızın qəhrəman övladlarının "Tarixi Zəfər"də rolunun elmi əsaslarını bölüsmüşlər