07.11.2022, 06:06 - Baxış sayı: 257

Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Beynəlxalq elmi konfransda çıxış etmişdir


Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Beynəlxalq elmi konfransda çıxış etmişdir2 noyabr 2022-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli Pakistan Ədəbiyyat Akademiyasının keçirdiyi “Uşaq ədəbiyyatı: keçmiş, indi və gələcək” mövzusunda Beynəlxalq elmi konfransda çıxış etmişdir. 31 oktyabr – 2 noyabr tarixlərində keçirilən konfransın xarici ölkələrdə uşaq ədəbiyyatının inkişafına, mövcud problemlərə və qarşıdakı vəzifələrə dair bölmə iclasında E.Mədətlinin “Azərbaycan uşaq ədəbiyyatında milli tarixi təfəkkür və vətənpərvərlik aşılanması” mövzusu videokonfrans vasitəsilə dinlənmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Beynəlxalq elmi konfransda çıxış etmişdir