03.11.2022, 11:31 - Baxış sayı: 324

Sabir Rüstəmxanlının yaradıcılığında “Tarixi yaddaş və milli təfəkkür məsələləri” mövzusunda elmi konfrans keçirildi

Sabir Rüstəmxanlının yaradıcılığında “Tarixi yaddaş və milli təfəkkür məsələləri” mövzusunda elmi konfrans keçirildiNoyabrın 3-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının yaradıcılığında “Tarixi yaddaş və milli təfəkkür məsələləri” mövzusunda elmi konfrans keçirildi.
Fəlsəfə və Sosiologiya İnstitutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə qarşıdan gələn Zəfər Günü ilə bağlı tədbir iştirakçılarını təbrik edərək, tarixi yaddaş və milli təfəkkürün müasir cəmiyyətlərdə vacib rol oynadığınlı vurğuladı. Sonra Sabir Rüstəmxanlının yaradıcılığına nəzər salaraq, bu barədə ətraflı çıxış etdi.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d Eynulla Mədətli “Sabir Rüstəmxanlı: şəxsiyyəti və yaradıcılığı ilə tarixi yaddaşı oyadan və yaşadan mütəfəkkir” mövzusunda çıxış etdi. Sabir Rüstəmxanlının yaradıcılığında “Tarixi yaddaş və milli təfəkkür məsələləri” mövzusunda elmi konfrans keçirildiÖz çıxışında Sabir Rüstəmxanlı yaradıcılığını geniş təhlil edib, Azərbaycanın milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində xeyli işlər gördüyünü vurğuladı. Şairin “Ömür kitabı”nın böyük zəhmət və zəka abidəsi olduğunu deyən natiq, o dövrdə belə bir kitabı yazmaq böyük cəsarət tələb etdiyini də qeyd etdi.
“Sabir Rüstəmxanlı şeir və romanları ilə yox, milli təfəkkür və şəxsiyyəti ilə xalqın sevgisini qazanıb. Sabir müəllim tək şair və yazıçı kimi yox, siyasi və ictimai xadim kimi də sevilir. Sabir Rüstəmxanlı ictimai xadim kimi bu illər ərzində həm ölkə daxilində, həm də ölkədən kənarda dövlətimizə və dövlətçiliyimizə qarşı olanlarla mübarizə aparıb” deyə, Eynulla Mədətli bildirib.
Sonra “Estetika” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov: “Azərbaycan xalq hərəkatının parlaq siması: Sabir Rüstəmxanlı”, “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov: “Sabir Rüstəmxanlı yaradıcılığında milli təfəkkür məsələləri müasirlik kontekstində”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva: “Sabir Rüstəmxanlı yaradıcılığında milli-mənəvi dəyərlər”, “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Yasəmən Qaraqoyunlu: Sabir Rüstəmxanlının yaradıcılığında “Tarixi yaddaş və milli təfəkkür məsələləri” mövzusunda elmi konfrans keçirildi“Sabir Rüstəmxanlı yaradıcılığında milli kimlik və milli özünüdərk”, “Fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli: “Sabir Rüstəmxanlı yaradıcılığında “türkçülük və türk dünyası”, “Sosiologiya” şöbəsinin aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əhməd Qəşəmoğlu: “Xalqın söz silahı” kitabı haqqında söz”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayeva: “Sabir Rüstəmxanlı yaradıcılığında vətənpərvərlik ruhuna ədəbi, əxlaqi və fəlsəfi baxış”, “Məntiq” şöbəsinin elmi işçisi Vüsalə Gülmalıyeva: “Azərbaycan gəncliyinin milli-mənlik şüurunun formalaşmasında Sabir Rüstəmxanlı yaradıcılığının rolu” mövzusunda çıxış etdilər.
Tarix elmləri doktoru, professor Şahin Fazil, f.e.d. Rəfiqə Əzimova və f.e.d., professor Rəna Mirzəzadə Sabir Rüstəmxanlı yaradıcılığı haqqında çxışlar etdilər.
Sabir Rüstəmxanlının yaradıcılığında “Tarixi yaddaş və milli təfəkkür məsələləri” mövzusunda elmi konfrans keçirildi“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimov Sabir Rüstəmxanlıya həsr etdiyi şeiri oxudu.
“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin əməkdaşları Quliyeva Ülviyyə, Əliyeva Səkinə, Hüseynli Ceyran, Əliyeva Mehriban Sabir Rüstəmxanlının “Qarabağa qayıdış” poemasından parçalar səsləndirdilər.
Sonda Sabir Rüstəmxanlı çıxış edərək öncə tədbiri təşkil etdiklərinə görə institutun rəhbərliyinə minnətdarlığını bildirdi. Şair çıxışlarda haqqında səsləndirilən fikirlərə öz münasibətini bildirib, çıxış edən hər kəsə təşşəkkür edərək ədəbiyyat, yaradıcılıq və milli məfkurə, milli tarixi yaddaş haqqında çıxış edib, düşüncələrini konfrans iştitrakçıları ilə bölüşdü.