20.10.2022, 06:38 - Baxış sayı: 177

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Tünzalə Musayeva tədbirdə iştirak edib


Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Tünzalə Musayeva tədbirdə iştirak edibAMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada məktəblilər üçün zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici görüş keçirilib.
Görüşdə çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Elmir Babayev narkomaniya, spirtli içki, siqaret və s. kimi zərərli vərdişlərin sağlamlığa olan təsirlərinin qarşısının alınması barədə məktəblilərin maarifləndirilməsi ilə sağlam gəncliyin və gələcəyin qurulması üçün bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Gəray Əşirov zərərli vərdişlərin kimyəvi, bioloji aspektləri haqqında məruzə ilə çıxış edib.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Tünzalə Musayeva çıxış edərək narkotik istifadəsinin və asılılığının səbəbləri, addiksiyanın əsas sindromları (psixi və fiziki asılılıq sindromu), risk faktorları və qoruyucu faktorlar, narkotik asılılığının aradan qaldırılması kimi mövzulara toxunub.
Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Tünzalə Musayeva tədbirdə iştirak edib