28.04.2022, 13:21 - Baxış sayı: 337

Fəlsəfə və Sosiologiya İnstitutunda Fransada yaşayan həmyerlimiz Zaur Sadıqbəyli ilə görüş keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda Fransada yaşayan həmyerlimiz Zaur Sadıqbəyli ilə görüş keçirilibAprelin 28-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyinin və YAP Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə Zəfər Qurultayına həsr edilmiş tədbir çərçivəsində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmək Azərbaycana gələn Fransada yaşayan həmyerlimiz, beynəlxalq dərəcəli hüquqşünas Zaur Sadıqbəyli ilə İnstitut alimlərinin görüşü keçirildi.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə qonağı salamlayaraq, onu burada görməkdən məmnun olduqlarını ifadə edib. İnstitutun elmi fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verən İ.Məmmədzadə rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyətindən və bu istiqamətdə gördüyü işlər barədə danışıb.
Sonra İnstitutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, f.ü.f.d., Zöhrə Əliyeva Zaur Sadıqbəylini görüş iştirakçılarına təqdim edərək, onun haqqında ətraflı məlumat verdi.
Z.Sadıqbəyli görüşü təşkil etdiyinə və qonaqpərvərliyə görə institutun rəhbərliyinə minnətdarlığını bildirdi. Qonaq Fransada ictimai, elmi və siyasi fəaliyyəti ilə əlaqəli geniş məlumat verdi.
Fransada Azərbaycan diasporunun fəaliyyətindən bəhs edən qonaq, bu istiqamətdə görülən işlərdən danışdı. Avropanın Azərabycana olan münasibəti barəsində deyən Z.Sadıqbəyli bildirib ki, alimlərimiz öz elmi məqalələrini yalnız ingilis və rus dillərində yox, bütün aparıcı dünya dövlətlərinin dillərində nəşr etdirsələr yaxşı olar.
Sonda görüş iştirakçıları onları maraqlandıran suallarla qonağa müraciət etdilər.
Fəlsəfə və Sosiologiya İnstitutunda Fransada yaşayan həmyerlimiz Zaur Sadıqbəyli ilə görüş keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunda Fransada yaşayan həmyerlimiz Zaur Sadıqbəyli ilə görüş keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunda Fransada yaşayan həmyerlimiz Zaur Sadıqbəyli ilə görüş keçirilib