Həmrəylik: xalqın birliyi və müstəqil dövlətçiliyin təntənəsinin təsdiqi
Füzuli Quranov,
f.e.d., AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "İdrak nəzəriyyəsi" şöbəsinin müdiri
Yurgen Habermas 2013-cü ildə Avropa İttifaqının gələcəyi ilə bağlı yazdığı məqalədə vurğulamışdı ki, avropalıların ən böyük problemi həmrəy ola bilməmələrindədir. Avropa xalqları və dövlətləri həmrəyliyə nail olmasalar, heç zaman Avropada inteqrasiya və deməli, dövlətçilik real məzmun kəsb etməyəcək. Müasir fəlsəfənin görkəmli nümayəndələrindən birinin bu mövqeyi tamamilə başa düşüləndir. Tarix boyu heç bir cəmiyyətdə həmrəylik olmadan dövlət qurmaq mümkün olmayıb. Azərbaycan dövlətçilik ənənəsinin əsas prinsiplərindən biri isə həmryəlik olub. Azərbaycanda həmrəylik dövlətçilik aspektində özəl məzmun kəsb edib. Bizim ənənəmizdə həmrəylik iki səviyyədə zəruri sayılıb. Birincisi, xalqın həmrəylidir. Bu, cəmiyyət üzvlərinin vahid ideal, ideologiya, mənəvi-əxlaqi dəyərlər ətrafında birləşməsində özünü ifadə edib. İkincisi, xalq-lider həmrəylidir. Bu isə cəmiyyətdə mövcud olan fikir və mövqe birliyinin birbaşa dövlətçilik müstəvisinə proyeksiyasıdır. Liderlə xalqın fikir birliyi faktiki olaraq dövlətin mövcudluğu ilə yanaşı, dövlət başçısının siyasi legitimliyini də təmin edir. Vurğulanan hər iki məqamın Dünya Azərbaycanlılarının Həmrəylik Gününə birbaşa aidiyyatı vardır. Ulu Öndər Heydər Əliyev məhz xalqın mənəvi-əxlaqi, siyasi, mədəni həmrəyliyi ilə xalq-lider həmrəyliyini sintezdə ifadə edən Dünya Azərbaycanlılarının Həmrəylik Gününü dövlətçilik tariximizin çox əhəmiyyətli bir mərhələsində gündəmə gətirib. Bu mənada 31 dekabr həm vətəndaşların Vətən və dövlət anlayışları ətrafında sıx birliyinin, həm də Müstəqil Dövlətçiliyin yeni səviyyədə təsdiqinin şanlı günüdür!
"Sia.az"