24.12.2021, 13:55 - Baxış sayı: 372

Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş çap olunan kitabların təqdimatı keçirildi.
Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edərək, bu istiqamətdə nəşr olunmuş kitablarla bağlı tədbir iştirakçılarına ətraflı məlumat verdi. Alim, kitablardakı mövzular fəlsəfi yöndə təhlil edildiyini və belə mövzuların xarici dillərə tərcümə edilərək dünyanın nüfuzlu elmi jurnallarında nəşr edilməsinin də vacibliyindən danışıb.
Eyni zamanda çıxışı zamanı professor bildirib ki, ikinci Qarabağ müharibəsində qazanılmış parlaq qələbə bir çox cəhətdən Azərbaycan Prezidenti İlham Əliyevin siyasət, ideologiya və iqtisadiyyatda həyata keçirdiyi xətt ilə bağlı olduğunu və dövlət başçısının müharibənin gedişində və ondan sonra verdiyi müsahibələrində bütün bu məsələlər üzrə xüsusi məlumatlar var və onlar təsdiq edir ki, o, nəinki savaş zamanı Azərbaycanın qarşısında duran strateji-taktiki vəzifələri, ölkə, dövlət və xalq qarşısında məsuliyyətini müəyyən edir, hətta artıq müharibədən sonrakı dövrdə onları dəqiqləşdirir.
“Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi güclü dövlət ideyaları xüsusi rol oynadı. Bu vərəsəlik, ardıcıllıq məhz multikulturalizm siyasətini, ölçülüb-biçilmiş və tarazlaşdırılmış xarici siyasəti, əməkdaşlığa yönəlmiş sabit kursu və dəstəyinin müharibə dövründə böyük fayda verdiyi və ondan sonrakı dövrdə də vərəcəyi müasir informasiya texnologiyalarının inkişafını ehtiva edirdi. Onun təkcə Qarabağda “ağıllı şəhər və kənd” salmaq ideyasına diqqət yetirək. Bütün bu məsələlərdə Prezidentimizin strateji düşüncəsi, dünyagörüşü və dühası, savaşın əvvəli, gedişi və başa çatdırılmasında, həmçinin gələcəklə bağlı planlarında müdrik taktikası, iradəsi, səbri, dözümlülüyü və məharəti özünü bariz şəkildə göstərmişdir.” – deyə, İlham Məmmədzadə vurğulayıb.
Sonra f.ü.f.d., Sənan Həsənov, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.e.d., professor Sakit Hüseynov, f.e.d., professor Adil Əsədov, f.e.d., professor Rəna Mirzəzadə, iqt.ü.f.d., Əhməd Qəşəmoğlu, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d. Radif Mustafayev və digər natiqlər mövzu ilə bağlı çıxış edərək fikir və düşnücələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Sonda Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivinin Preizdent İlham Əliyevə 60 illik yubileyi münasibəti ilə ünvanladığı təbrik məktubu oxunmuşdur.
Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib